Truthngo.org-Qəzet yazır: Xəstəliyin müalicəsində dərhal müxtəlif pereparatlardan istifadə edən Qərb tibbinin əksinə olaraq, qədim Şərq həkimləri diqqətlərini bədənin təsir aldığı təzyiq nöqlələrinə yönəltməklə problemlərini həll edirlər. Bəlkə də dünyanın siyasi problemlərinin həllində də belə bir metoddan istifadə edilə bilər. Təzyiq nöqtəsini müəyyənləşdirmək üçün görülə bilən işlərdən biri dünyanın xəritəsini nəzərdən keçirməkdir.Dünyada Rusiya və İranla həmsərhədd olan yeganə ölkə keçmiş SSRİ-nin Avropa hissəsində yerləşən Azərbaycan Respublikasıdır. Bu ölkə müsəlman və xristian ictimaiyyətinin qovşağı və onun tam ortasından keçən şiə-sünni xəttindədir. Azərbaycan xalqının 35.000 üzvü yəhudidir. İsrailin Azərbaycan Respublikasındakı sabiq səfiri Rafi Arpaz bu ölkədə heç bir yəhudiyə zidd adamın olmadığına dəfələrlə işarə etmişdir. Bərpa edilməkdə olan İpək Yolunun Orta və Cənubi Asiyanın marşrutu üzrə Rusiya və İrandan keçməyən yolu məhz Azərbaycandır. Bu ölkə enerjini həm Avropa bazarlarına çatdıran, həm də enerji resurslarıilə təmin edən ölkədir.
Azərbaycan Respublikası hakimiyyətinin tutduğu siyasi kurs alqışlanılmalıdır, həmçinin dünya və xüsusilə müsəlman ölkələri üçün nümunə olmalıdır. Azərbaycanlıların İrandakı sayyı 25-30 milyon arasında olduğunu nəzərə alsaq, Azərbaycan Respublikası İrana açılan analoqu olmayan qapıdır.
Buna baxmayaraq əksəriyyəti şiə olan Azərbaycan cəmiyyəitinin dövlət adamları İranın nüfuzu altında deyillər və İsraillə yaxşı münasibətdədirlər. İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasına etdiyi səfərində iki ölkə arasında 5 milyard dollarlıq hərbi əməkdaşlığı önə çəkərək bu təşəbbüsü alqışlamışdı. O, İlham Əliyevlə görüşündən sonra demişdi ki, “İsrail yəhudi dövlətidir. Azərbaycan Respublikası isə çoxu müsəlman olan bir ölkədir. Buna baxmayaraq, burada yəhudi və müsəlman icmalarının dinc yanaşı yaşaması nümunəsini görürük. Bu, hər yerdə nümunə ola biləcək müsəlman və yəhudi arasındakı əlaqədir”.
İsrail Azərbaycan Respublikası ilə güclü iqtisadi əlaqədədir, neftə olan tələbatının dörddə birindən çoxunu bu ölkədən təmin edir. Netanyahunun bu ölkəyə etdiyi son səfərində aqrar-sənaye sahəsində də razılıq imzalanmışdır. İlham Əliyev də vurğulamışdır ki, İsrail- Azərbaycan arasındakı əməkdaşlıq istənilən səviyyədədir.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikası dövlət adamlarının müsəlmanların ən böyük düşməni ilə əlaqələri bir halda genişlənir ki, bu ölkə əhalisinin 85 faizini müsəlmanlar təşkil edir. Bu Respublikanın əhalisi demə olar sionist dairələrin əsarətində yaşayırlar. Yəhudilər üçün bütün qapıların açıq olduğu Azərbaycan Respublkasında, müsəlmanlar və müsəlman dindarlar sıxışdırılır, əzilir və məhv edilir.