Tarix : 2008 Jun 12
Kod 5212

ABŞ-ın Qafqaz siyasətləri

məntəqədə təhlükəsizliyin təmin edilməsi üçün Gürcüstan-Abxaziya polis qüvvələrinin yaradılması zəruridir
Azerbaijan Servisi/Aran Agentliyi
ABŞ-ın Gürcüstan ilə Abxaziya arasında müştərək polis qüvvələrinin yaradılması təklifi qondarma Abxaziya dövləti başçılarının reaksiyalarına səbəb olub. ABŞ-ın Dövlət Katibi müşavirinin müavini Metio Brayza bu qüvvələrin Beynələxalq qurumların əməkdaşlığı ilə yaradılmasını istəmişdi. Brayzanın qənaətinə görə Qalski məntəqəsinin gürcü sakinləri artıq təhlükəsizliklərinin təmin edilməsindən arxayın deyillər və məntəqədə cinayət halları artıb. Buna görə də, məntəqədə təhlükəsizliyin təmin edilməsi üçün Gürcüstan-Abxaziya polis qüvvələrinin yaradılması zəruridir. Amma, bu təklif elə bir halda irəli sürülür ki, Tiflis-Moskva və Gürcüstan-Abxaziya münasibətlərindəki gərginlik hər gün daha kəskin xarakter almaqdadır.
Metyo Brayzanın təklifi bir neçə cəhətdən araşdırılasıdır. Qafqaz böhranlarının həllində aparıcı rol oynamaq bunlardan biridir. Qondarma Abxaziya dövlətinin öz nəzarəti altındakı ərazilərdə malik olduğu rəftarları sual altına aparmaq bu təklifin digər cəhətlərindən sayılır. Gürcüstan dövlətini Abxaziya qüvvələri ilə birgə əməkdaşlığa cəlb etməklə, rəsms Tiflisin hakimiyyət dairəsini Abxaziya ərazilərinə genişləndirmək Brayzanın təklifinin digər cəhəti sayılır. Bu Amerikan təklifin digər mühüm cəhətlərindən biri də dolayısı ilə Abxaziya dövlətinin öz ərazisini idarə etməkdə aciz olmasını və bu məntəqə də Gürcüstan dövlətinin təhlükəsizliyin təmin edilməsindəki rolunu ön plana çəkməkdir.
Metyo Brayza öz təklifində dolayısı ilə belə qələmə vermək istəyir ki, ABŞ məntəqədə yalnız təhlükəsizliyin təmini ardıncadır. Halbuki, siyasi müşahidəçilərin qənaətinə görə Gürcüstan və digər məntəqə ölkələrinin bütün siyasi, iqtisadi və təhlükəsizlik problemlərinin başında ABŞ və Qərb dövlətləri durur. Belə ki, bu ölkələrin müdaxilələri məntəqədə gərginliyin yaranmasından başqa bir müsbət nəticəyə səbəb olmayıb. ABŞ-ın Gürcüstanın NATO-ya qoşulmasını və Rusiyadan uzaqlaşmasını dəstəkləməsi rəsmi Tiflisin hazırkı problemlərinin əsas səbəbi sayılır. Necə ki, ABŞ və Qərbin müdaxilələri Qarabağ münaqişəsinin indiyə kimi həll olunmasına mane olub. Nəticədə Azərb.R-sı ilə Ermənistan arasındakı gərginlik daha da artıb və məsələnin yaxın zamanlarda həll ediləcəyinə ümid etmək olmaz.
 
  • Yazılıb
  • da (də) 2008 Jun 12