Tarix : 2017 Jul 01
Kod 52120

Ramil Usubov: "Son 5 ildə 1300 cinayətkar qrup zərərsizləşdirilib"

"Azərbaycanda son 5 ildə cinayətlərin orta illik açılması 83 faiz olub. Ağır və xüsusilə ağır cinayətlər törədən 1300 cinayətkar qrup zərərsizləşdirilib, axtarışda olan 12 minə yaxın təqsirləndirilən şəxs tutulub".
Musavat.com-Bunu daxili işlər naziri Ramil Usubov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

O bildirib ki, əllərdə qanunsuz saxlanılan 3500 odlu silah yığılıb və onun tətbiqi ilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalıb: "Məqsədyönlü profilaktik tədbirlər sayəsində, qeydə alınan cinayətlərin 87 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edir. Əldə etdiyimiz müsbət nəticələrdən biri də ölkəmizdə əhalinin 100 min nəfərinə nisbətdə həm ümumi cinayətlərin (255), həm də ayrı-ayrı növlərin, o cümlədən qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların və digər hüquqazidd əməllərin sayının əksər Avropa dövlətləri ilə müqayisədə xeyli az olmasıdır".















  • Yazılıb
  • da (də) 2017 Jul 01
  • Göndərən مدير سايت Aran News