Tarix : 2017 Jul 02
Kod 52126

Hacı Cavad məscidinə görə saxlanılan bütün dindarlar sərbəst buraxılıblar

Məlum olduöu kimi dünən "Sovetski" ərazisindəki Hacı Cavad məscidi gecə saatlarında dağıdılıb

Buna görə, əraziyə onlarla dindar toplaşıbmış. Gecə saatlarında isə 12 nəfər polis bölməsinə aparılıb.

İslamazeri.com-a verilən məlmata görə, saxlanılan 12 dindarın hamısı artıq sərbəst buraxılıb. Ehtimal olunur ki, məscidə görə işdən qovulan icra başçısı xəbəri polis idarəsinə çatan kimi bütün dindarlar sərbəst buraxılıblar.
Qeyd edək ki, dünən Hacı Cavad məscidinin sökülməsi Yasamal rayonnun icra başçısının özbaşnalığı ilə həyata keçirilib. Bu haqda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib. Onun sözlərinə görə, məscid yeni məscidin inşasından sonra sökülməliymiş. Ona görə də Yasamal rayonunun icra başçısı vəzifəsindən vidalaşmalı olub


  • Yazılıb
  • da (də) 2017 Jul 02
  • Göndərən مدير سايت Aran News