Tədbir, dəvət olunmuş qonaqların və müxtəlif bölgələrdən təşrif buyurmuş müsəlmanların iştirakı ilə baş tutub.Tədbirdə Ümum Gürcüstan Müsəlmanları Ali Dini idarəsinin sədri və şeyxi Mirtağı Əsədov çıxışında iştirakçıları və qonaqları salamlayaraq Fitr bayramının mahiyyətinə toxunub və bildirib ki, Fitr bayramı günü itaətkar bəndələrin Cənabi-Haqdan, "Sizin günahlarınızı bağışladım" sözünü eşitdikləri gündür və həm də gözəl bəndələrin ibadət və itaət nəticəsində çəkdikləri zəhmət üçün, mükafatlandırıldıqları gündür.
O, söhbətinin davamında qeyd edib ki, bayram günü sevgini və sevinci qarışılıqlı olaraq, bölüşmək günüdür: "Məhz elə buna görə də biz xristianı və müsəlmanı ilə birgə bu məclisə toplaşdıq ki, öz sevincimizi bölüşməklə yanaşı, ölkəmizin tolerantlığını da bir daha dünya üçün sərgiləyək".
"Bütün dünya müsəlmanları, Gürcüstan müsəlmanları və məclis iştirakçılarının bayramını səmimi qəlbdən təbrik edirəm. Bayram günündə ölkəmizə və dünyamıza, sülh dolusu firavan yaşayış arzulayıram. Allaha şükr edirəm ki, bu əzəmətli məclisi təşkil etməyi, Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinə və İmam Əli Xeyriyyə fonduna nəsib etdi. Mən bu əzəmətli məclisin təşkilində zəhməti keçən bütün qardaşlarıma dərin minntdarlığımı bildirirəm.” - sonda M.Əsədov bildirib.
Sonra söz çıxış üçün Roma-Katolik kilsəsinin kansleri Akaki Çelidzeyə verilib. Çelidze öz çıxışında müsəlmanların Fitr bayramını təbrik edərək dinlərdə orucun özəlliyindən danışıb və bildirib ki, oruc tutmaq insanı həm yaradana yaxınlaşdırar həm də yaranmışlara. O, bu məclisdə iştirak etdiyi üçün məmnunluğunu bildirib və onu məclisə dəvət edən şəxslərə təşəkür edib.
Ardınca çıxış edən İmam Əli (ə) məscidinin axunudu və imam-cüməsi Hacı Hacıyev İmam Hüseyn (ə)-ın Kərbəlasının böyüklüyünə toxunaraq bildirib ki, bu gün xristian aləminin dahiləri də deyirlər ki, İslam dini, Kərbəlası və Hüseyni olduğu üçün heç vaxt köhnəlmir və həmişə təzəliyə malikdir.
hacı Hacıyev sonra söhbətinin davamında dinlərdə xilaskarın gəlmə mövzusuna toxunaraq bildirib ki, İslam dininin ikinci özəlliyi öz davamçılarında gələcəyə ümid aşılamasındadır. Belə ki, müsəlmanlar dünyanı düzəldəck o xilaskarın yolunu gözləməkdədir.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyin müftüsü Ayvaz Mərdanov hamının bayramını təbrik edib və söhbətini Yunus Əmrənin “biz dünyadan gedər olduq, qalanlara salam olsun” şeiri ilə bitirib.
Məclis əsnasında azan oxunaraq Doktor Farız Rəcəbovun imamlığı ilə camaat namazı təşkil edilib.
mgeo.ge