Tarix : 2017 Jul 02
Kod 52130

"Yeni Hacı Cavad Məscidi tezliklə istifadəyə veriləcək" - İH

Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi-79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi və yeni ünvanda tikilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov APA-ya bildirib ki, ötən gecə sökülən məscid tezliklə yeni ünvanda və inşaat baxımından ən müasir standartlara cavab verən formada tikiləcək.

S. İslamov məscidin tikiləcəyi yeni ünvanı da açıqlayıb. O qeyd edib ki, bu, "Azərbaycan" Nəşriyyatının yanında, Abbas Mirzə Şərifzadə küçəsi-1 ünvanında ayrılan ərazidir: “Nəşriyyatın yanında böyük bir sahə ayrılıb. Orada artıq bünövrə də qoyulmağa başlanıb. İşlərə yüksək səviyyədə start verilib. Məscid bütün ənənələr nəzərə alınmaqla, ən müasir qaydada tikiləcək və tezliklə istifadəyə veriləcək”.

Xatırladaq ki, bir müddət əvvəl "Hacı Cavad" məscidinin sökülməsi barədə qərar ölkə müsəlmanlarının narazılığına səbəb olmuşdu.







  • Yazılıb
  • da (də) 2017 Jul 02
  • Göndərən مدير سايت Aran News