Tarix : 2017 Jul 03
Kod 52143

Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edildi

Bu gün Azərbaycan Ruhanilər Məclsinin (ARM) üzvü Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) növbəti məhkəmə prosesi keçirilib.
Faktxeber.com-Dövlət ittihamçısı Sərdar Babayevə 4 il həbs cəzası istəsə də, hakim 3 il müddətinə azadlıqdan məhrum etmə qərarı çıxardıb.
Qeyd edək ki, Sərdar Babayev barəsində əvvəlcə 37 gün həbs qətimkan tədbiri seçilib. Sonra onun barəsində Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) cinayət işi başlanıb və o, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayətinə əsasən həbs edilib. O, qanunsuz olaraq “Cümə” namazı qılmaqda ittiham olunub.






  • Yazılıb
  • da (də) 2017 Jul 03
  • Göndərən مدير سايت Aran News