Tarix : 2017 Jul 03
Kod 52148

Azərbaycanın təhsil ocaqlarında ibadət yerlərinin açılması necə faydalı ola bilər

2015-ci ilin noyabr aylarınds Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Kamran Əsədov: “Avropada və ABŞ-da müxtəlif uşaq bağçaları da daxil olmaqla, tədris müəssisələri, kiçik yaşından öz vətəndaşlarına dinini öyrədir”
İslaminsesi.az-Türkiyə dövlət məktəblərinin hər birində namaz otaqları açılacaq.  Türkiyənin Təhsil Nazirliyi bu haqda sərəncam verib. Namaz otaqlarında qızlar və oğlanların namaz qılması üçün şərait yaradılacağı qeyd olunub.
Bəs  görəsən Azərbaycanda belə bir addımın atılması mümkündür? . Əgər bu addım atılarsa uğurlu ola bilərmi?
“İslaminSesi” nin ünvanladığı sualları təhsil eksperti Kamran Əsədov cavablandırıb. Ekspert bildirib ki, biz Qərb təhsilindən xəbərdar deyilik. Elə düşünürük ki, dini dərslərə icazə versək, və ya buna şərait yaratsaq böyük təhlükə ola bilər: “Nəzərinizə çatdırmaq istəyirəm ki,   Avropada və ABŞ-da müxtəlif uşaq bağçaları da daxil olmaqla, tədris müəssisələrində araşdırmalar aparmışam. Bu məktəblər kiçik yaşından öz vətəndaşlarına dinini öyrədir. Bibliya açıq şəkildə tədris olunur. Amma bu ölkələrə biz kafirlər ölkəsi, əxlaqsızlıq yuvası kimi baxırıq. Dünyaya liderlik edən ABŞ-ın pul vahidi dolların üstündə Bismillah kəlməsinə yaxın “In God We Trust” cümləsi yazılıb. Heç kim bunu ABŞ-a əsla irad tutmur. Amma İslam lideri ölkəsində dini üçün şərait yaradanda xurafat, cəhalət və s. olur”.
Kamran Əsadov bildirir ki, biz yarımçıq müsəlmanlarıq: “ Bizə kafir desələr, özümüzü təhqir olunmuş hiss edərək, həmin şəxsi  məhkəməyə belə verə bilərik. Amma İslam dininin heç bir şərtinə əməl etmirik. Sonra da özümüzü müsəlman adlandırırıq. Hətta  Ramazanda oruc tutanlarla bərabər bayram etməyə də utanmırıq".
Təhsil ekspertinin sözlərinə görə, bu addım Türkiyənin təhsil müəssisələrində inkişafı ləngidə bilər: “ Çünki Türkiyədə kifayət qədər böyük sayda məscid, ibadət etmək üçün məkanlar var. İnsanlar rahat şəkildə ibadətlərini edə bilirlər. Hesab edirəm ki, ehtiyac olan yerlərdə və ölkələrdə bunu etmək lazımdır”.
“Böyük Britaniyanın Leeds Universitetində ayrıca məscid binası var və orada müsəlman qadınlar və kişilər üçün ayrı-ayrılıqda namaz və dəstəmaz otağı mövcuddur. Eləcə də, universitetin 1,000 nəfərlik idman zalı hər cümə günü cümə namazı və cümə xütbəsi üçün müsəlmanların ixtiyarına verilir. Biz isə müsəlman ölkəsində dinimizə sahib çıxanlara ağız büzürük. Hesab edirəm ki, orta məktəblərdə dərsliklərə yüksək əxlaq, ilkin dini biliklər almaq üçün məlumatlar daxil etmək daha effektiv olardı. Nəinki dünyəvi təhsil müəssisələrini dini mərkəzə çevirmək. Çünki din, elmlə məşğul olmağı yüksək qiymətləndirir".




  • Yazılıb
  • da (də) 2017 Jul 03
  • Göndərən مدير سايت Aran News