Tarix : 2017 Jul 03
Kod 52149

İranda Azərbaycan Respublikası mədəniyyəti həftəsi keçiriləcək

Azərbaycan Respublikası mədəniyyəti həftəsinin keçirilməsi ilə əlaqədar Əbülfəs Qarayev Tirin 12-də İrana səfər edəcək.
Anaj Agentliyi:  Tirin 12-dən 17-dək İranın Tehran, İsfahan və Təbriz şəhərlərində Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək.
Mədəniyyət həftəsi çərçivəsində Azərbaycan filmləri nümayiş olunacaq, fotosərgi açılacaq, konsert proqramları təşkil ediləcək.
Azərbaycan mədəniyyəti həftəsinin keçirilməsi ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tirin 12-də İrana səfər edəcək. Onun İranın mədəniyyət və islam inkişafı naziri və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Qeyd etməliyik ki açılış mərasimi Tirin 13-də Tehranda həyata keçiriləcək.
  • Yazılıb
  • da (də) 2017 Jul 03
  • Göndərən مدير سايت Aran News