Xəbər Lenti

Bakıda Həzrət Vəliyye Əsr(əc)-in mövlud mərasimi keçirilib

Bakı Ərəbistan və Amerikanın yeni nüfuzu qarşısında ehtiyatlı olmalıdır

İmamın (ə.f) qeybinin 8 səbəbi

''Yeməyə çörək tapmırdıq, böyrəyimi satdım, bazarlıq elədim

Düşmən həftə boyu atəşkəsi 135 dəfə pozub

Bakıda Azərbaycan və İran ticarət mərkəzinin açılışı olub

Türkiyə ordusu 2 şəhid verdi

İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri

Hicablı qadının apardığı 10 illik mübarizə nəticə verdi

İran Azərbaycana 3,4 milyard dollar həcmində investisiya yatırıb

Rəsmi İrəvan Elmar Məmmədyarovu təkzib edir

Gürcüstanın Prezident Administrasiyasının rəhbəri istefa verdi

Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığı

Milli Şura yenə mitinq qərarı verib

Qarabağ Komitəsi mitinq keçirməkdən imtina etdi

Zərif-Ərdoğan görüşündə İran-Türkiyə əlaqələrinin genişləndirilməsi vurğulanıb

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü ABŞ-da keçirilə bilər

Ordunun Tehrandakı paradında S-300 raket sistemi nümayiş etdirilib

Lavrov: "Bakı və Yerevan Dağlıq Qarabağla bağlı son razılaşmaların kağız üzərində qalmamasında maraqlıdır"

İranlı nazir Bakıya gəlir

Azərbaycan Xarici İşlər Nazirliyi xəbərdarlıq etdi

Yəmən Ordusu yeni modern raket istehsal etdi; BƏDR-F

Daha bir qrup siyasi məhbus azadlığa çıxır

Azərbaycan erməni jurnalistləri qəbul etməyə hazırdır

Mübariz Qurbanlı: "Azərbaycanda qadın din xadimlərinə ehtiyac getdikcə artır"

Kərbəla qəhrəmanı: Həzrət Əli Əkbər

Cinayət örətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Elçin Quliyev Ermənistanla sərhəddə

Türk deputat İrəvanda erməniləri susdurdu: “Qarabağ Azərbaycanındır”

Qəbələdə evi yanan ailə: 20 gündür soyuq çadırda yaşayırıq

Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək

Zərif Bəşşar Əsədlə görüşüb

Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək

Suriya, İraq və İİR vahid dəmir yolu şəbəkəsi yaratmağı planlaşdırır

İnsanlar öz əməllərində məcbur deyillərm – Hacı İlham Əliyev yazır

Daha bir reper həbs olundu - DİN-dən açıqlama

Rusiya, Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlərinin iclası başa çatıb

Qarabağ komitəsi mitinqin vaxtını dəyişdirib

Ermənilər kəndlərimizi atəşə tutdu

Həftə sonu yol qəzalarında 7 nəfər ölüb

Arxiv
 
Tarix : 2017 iyl 04     |     Kod : 52152

Azərbaycan xalqı çoxdan oyanmışdır

İslam, İlham Əliyevin özü və dövləti üçün təbliğ vasitəsi olduqda hökumət özünü İslamın himayətçisi kimi tanıdır. Bunun nümunəsi “İslam Həmrəylik Oyunları”nda göründü.

AranNews – Azərbaycan Respublikasının Yasamal rayonunda “Hacı Cavad” məscidinin sökülməsinin məqsədləri və nəticələri ilə daha ətraflı tanış olmaq üçün “Anac” xəbər agentliyi region məsələləri üzrə ekspert Məhəmməd Əlizadə ilə müsahibə aparmışdır. 
Müsahibəni sizə təqdim edirik:
- Sizcə, Azərbaycanda hökumətin məscidləri dağıtmaqda məqsədi nə olmuşdur və bu dağıntılar gələcəkdə də davam edəcəkmi?
- Azərbaycanda bu ölkənin müstəqillik əldə etməsindən, xüsusilə də indiki prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra hökumətin İslama qarşı ikili siyasət yürütməsinin şahidiyik. Belə ki, İslam hər vaxt onun dövlətinin və şəxsən özünün təbliği vasitəsi olsa, özünü İslamın himayətçisi kimi tanıdır. Bunun nümunəsini Bakının İslam Mədəniyyətinin paytaxtı elan edilməsində və İslam Həmrəylik Oyunlarının bu ölkədə baş tutmasında açıq-aydın müşahidə etmək olar. Azərbaycan hökuməti nəzarətdə saxlanılmış və hökumət üçün zərrəcə təhdid ola bilməyən İslam ardıncadır. Bəzi hərəkatları, şəxsiyyətləri, habelə, bir sıra məkan və məscidləri özünün din siyasəti ilə uyğun hesab etmədiyinə görə, o şəxsiyyət və hərəkatlarla qarşılaşır, məkan və məscidləri sökür, yaxud onların fəaliyyətini dayandırır.
İlham Əliyev hökuməti öz hakimiyyəti üçün əngəl bildiyi sadaladığımız məqamlara qarşı sərt təzyiqlər göstərir. Məscidlərin dağıdılması da sözügedən proses istiqamətində baş tutur və gələcəkdə daha çox məscid sökmək dövlətin gündəliyinə salına bilər.
- Məscidləri dağıtmağın İlham Əiyev dövləti üçün hansı nəticələri ola bilər?
- Azərbaycan camiəsi və İlham Əliyev hökumətinin din, dini və ictimai azadlıq barəsində siyasəti iki cinaha –qərb və qərbyönümlülər, islamçılar və bu cinahı dəstəkləyən dövlətlər, xüsusilə də İran İslam Respublikası dayanmasına diqqət etməklə istiqamətlənir. 
Birinci kateqoriyada Avropa və Amerika parlamentləri kimi qərb təşkilatlarının Azərbaycan hökumətinə qarşı İlham Əliyev dövlətinin qanuniliyini sual altına alan saysız bəyanatlarının şahidiyik.
İkinci kateqoriyada da Azərbaycanın daxilində və xaricdə islami hərəkat və şəxsiyyətlərinin İlham Əliyev rejiminə qarşı bərk etirazlarının şahidiyik. Hətta, bu etirazlar dövləti ciddi problemlərlə üzləşdirir. Bir çox islami şəxsiyyətlərin, onların da önündə Azərbaycan İslam Partiyasının lideri doktor Mövsüm Səmədovun zindana salınması bu reallığı açıq-aşkar sübut edir ki, Azərbaycan xalqının oyanışı çoxdan başlamışdır və irəliləməkdədir. Bu irəliləyiş Azərbaycanda şiə cəmiyyətinin çoxluğu ilə bütün ölkəni bürüyəcək.
Ona görə də Bakı dövləti şiə islamçıları və onlara bağlı olan məsələlər barədə müdrik siyasət yürütməklə ölkənin inkişafında və işğal edilmiş ərazilərin azad olunmasında onların böyük potensiallarından istifadə etməklə yanaşı həm də özü üçün təhdid hesab etdiyi bir məsələni çox güclü bir imkana çevirə bilər. Bunun üçün islamofibiya siyasətindən əl götürməli və islamçı cinahın haqlı tələblərinə diqqət etməlidir.
- Təkcə etiraz bəyanatları və ara-sıra aksiyalar keçirməklə dövlətin bu hərəkətinin qarşısını almaq olarmı?
- Azərbaycan hökumətinin anti-İslam hərəkətləri ilə qarşılaşmaq üçün birlik nümayiş etdirən, güclü və möhkəm metodlar seçmək lazımdır. Bunu yumşaq, yarıbərk və bərk aspektlərdə həyata keçirmək mümkündür. Sözsüz, bəyanat və etiraz aksiyaları dövlətin anti-din hərəkətlərinin qarşısını almaqda təsirlidir. Amma birincisi, işarə olunan məsələlərin icrasında birlik metodu seçmək, ikincisi, bunların kifayət etməməsi çox önəmlidir. Bu metodları həyata keçirilməsi Azərbaycanın daxilində olmalı və ölkənin sərhədlərindən qıraqda İslam ümməti, xüsusilə də şiə aləmi onlarla həmrəylik göstərməlidir ki, onlar tək olduqlarını sanmasınlar və başladıqları işdə əhval-ruhiyyələrini itirməsinlər.
- Sizin fikrinizcə, Hacı Cavad məscinin sökülməsi nə üçün İslam Həmrəylik Oyunlarının keçirilməsi ərəfəsində dayandırılaraq oyunlardan sonraya saxlanıldı? 
- Azərbaycan dövləti İslam Həmrəyliyi Oyunlarının keçirildiyi vaxt ölkədə gərginliyin yaranmasını istəmirdi. Ona görə də hər qiymətə olursa-olsun, dövlətin dini siması ilə təzad təşkil edən bütün hərəkətlərdən çəkinməyə təlaş edirdi. Hacı Cavad məscidinin sökülməsi onun dini simasını xarab edə bilərdi, daxili və xarici etirazlarla qarşılaşdırıb dövlət üçün problem yaradardı. Bu səbəbdən də məscidin sökülməsini İslam Həmrəylik Oyunlarının başa çatmasına qədər təxirə salmağı məsləhət bildi. 





Yazılıb da (də)   2017 iyl 04  Saat  09   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin