Tarix : 2017 Jul 04
Kod 52153

Fuad Əhmədlinin vəkili apelyasiya şikayəti verib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin barəsində olan hökmdən apelyasiya şikayəti verilib.

Bu barədə Meydan TV-yə F. Əhmədlinin vəkili Əsabəli Mustafayev məlumat verib. Vəkil bildirib ki, şikayəti bu gün məhkəməyə təqdim edib. Şikayətdə F. Əhmədlinin barəsində bəraət hökmünün çıxarılması tələb edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Əhmədli 4 il müddətinə azadlıqdan məhrum edilib.

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

Bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb. Fuad Əhmədli Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

F.Əhmədli və AXCP ittihamı rədd edir, həbsi siyasi fəaliyyətlə əlaqələndirir

  • Yazılıb
  • da (də) 2017 Jul 04
  • Göndərən مدير سايت Aran News