Tarix : 2017 Jul 04
Kod 52156

ARM Şeyx Sərdara verilən hökmlə bağlı etiraz bəyanatı yayıb

Azərbaycan Ruhanilər Məclisi məhkəmə qərarına etiraz olaraq bəyanat qəbul edib.

Dünən Masallı Rayon Məhkəməsində hakim Anar Almuradlının sədrliyi ilə keçirilən keçirilən məhkəmə prosesində Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, maide.az saytının baş redaktoru, namaz məhbusu kimi tanınan Şeyx Sərdar Hacıhəsənliyə 3 il azadlıqdan məhrumetmə barədə hökm oxunub.

Azərbaycan Ruhanilər Məclisi məhkəmə qərarına etiraz olaraq bəyanat qəbul edib. Bəyanatda deyilir:
"Bismillahir-Rəhmanir-Rəhim.
Bu gün Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvi, Maide.Az saytının baş redaktoru, dəyərli ruhani Hacı Şeyx Sərdar Hacıhəsənlinin Masallıda keçirilən məhkəmə prosesinin sonunda 3 il azadlıqdan məhrum edilməsi hər bir vicdanlı insanı sarsıtdı. Çıxarılan bu haqsız qərar nə ilə nəticələnib, nələrə səbəb oldu?
1. Müsəlman ölkəsində müsəlmanlığın ən bariz göstəricisi hesab olunan namaz cinayət hesab olundu.
2. Daxildə və xaricdə kifayət qədər nüfuza malik olan bir ruhaninin namaza görə həbs edilməsi Azərbaycan dövlətinin müsəlman ölkələri arasındakı islami kimliyini sual altına apardı.
3. Məhkəmələrin hakimlər deyil, məhz görünməz əllər tərəfindən idarə edilməsi bir daha öz təsdiqini tapdı.
4. Xalqın müxtəlif təbəqələrdən olan nümayəndələrinin etirazlarına heç bir məhəl qoyulmadı.
5. Bugünki məhkəmədə oxunan hökm, tolerantlıq, multikulturalizm və İslam Hərməryliyinin yalnız şüar olduğunu sübut etdi.
6- Bu hökm bu günə qədər Azərbaycanda Allah və onun dini ilə düşmənçilik mövqeyində olanların hələ də dəyişməmələrini sübuta yetirdi.
Azərbaycan Ruhanilər Məclisi (ARM) bu ədalətsiz qərarı qərəzli hesab edir və qətiyyətlə pisləyir.Sonda İlahi dərgaha üz tutaraq deyirik:
İlahi, əziz Peyğəmbərin ayrılığından (ona və Əhli-beytinə Sənin salamın olsun), mövlamızın qeybindən, düşmənin çoxluğu və sayımızın azlığından, bizə üz tutmuş üzücü fitnələrdən, dövrümüzün şəraitinin bizim ziddimizə çiyin-çiyinə dayanmasından Sənə şikayət edirik."/islamazeri/


  • Yazılıb
  • da (də) 2017 Jul 04
  • Göndərən مدير سايت Aran News