İslaminSesi xəbər verir ki, AİP lideri Mövsüm Səmədova qarşı 12 saylı Cəza Çəkmə Müəssisəsində təzyiqlər davam edir
Bu barədə vəkil Yalçın İmanov məlumat verib. Vəkilin sözlərin görə, növbəti dəfə absurd və əsassız bir bəhanə ilə Mövsüm Səmədov barəsində 10 günlük müddətinə karser cəzası çıxarılıb. Səbəb isə ümumi yoxlanış zamanı Mövsüm Səmədova aid şkafdan Quran saxlamaq üçün ipdən hazırlanmış xüsusi kitab saxlanılan əşyanın çıxması olub.
Qeyd edək ki, Qaradağ Rayon Məhkəməsi 12 saylı CÇM-nin rəhbərliyinin təqdimatı əsasında AİP lideri Mövsüm Səmədovun yenidən Qobustan Qapalı Təcridxanasına 3 il müddətinə göndərilməsi ilə bağlı qərar çıxarıb. Qərardan Appelyasiya şikayəti verilib.
Onu da xatırladaq ki, AİP lideri Mövsüm Səmədov 12 saylı CÇM-nə gətirildiyi gündən etibarən daima təzyiqlərə məruz qalarıq müxtəlif saxta bəhanələrlə karser şəraitində saxlanılır.