İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Isalmazeri.az-Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyevin azvision.az-a deməsinə, Ermənilər dəfələrlə bizim kəndimizi atəşə tutub: "Bir neçə gün əvvəl də mərmi atmışdılar”.
O, erməni işğalçılarından anasının və qızının intiqamını alacağını söyləyib:
“Mən bu qanı yerdə qoymayacağam. Anamın da, qızımın da intiqamını alacağam”.
“N” saylı hərbi hospitala çatdırılan 52 yaşlı Sərvinaz Quliyevanın həyatına təhlükə davam etməkdədir.
Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.
Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.