Hazırda həbsdə olan ilahiyyatçı alim Elşən Mustafaoğlu zindandan çağırış edib. Bu barədə onun oğlu Məhəmməd Mustafazadə sosial şəbəkədə paylaşım edib:
Faktxeber.com-"Əziz qardaşlarım, bacılarım- möhtərəm dostlar! Sizləri uca Allahın salamı ilə salamlayır, Ondan hər birinizə ən xoş arzularımı diləyirəm. Heç bir fiziki sədd bizləri bir-birimizdən uzaq sala bilməz.Belə ki, bizlər bir-birimizə ruhən bağlıyıq. Ruh isə hər zaman azaddır. Heç bir fiziki divarlar onu məhbus edə bilməz. Cismi, bədəni həbs etmək olar. Ruh isə azaddır. Əslində məhbus cismi zindanda olan yox, ruhu şeytanın əsri olan şəxsdir.
Allah bizləri şeytanın əsiri olmaqdan, ona qulluq etməkdən, şeytan qulu olmaqdan qorusun. Əzizlərim, dualarınızda bizləri unutmayın. Allah Ona yönəlmiş bütün saf duaları qəbul eləsin. Sizləri ailələrinizdən, övladlarımızdan ayrı salmasın.
Ailələrimizin qədrini bilək. Ailələrimiz Allahın bizə bəxş etdiyi gözəl nemət və axirət azuqəsidir. Səadətə aparan ən yaxın yol ailə ocağımızdan keçir. Hər birinizə ailələrinizlə bərabər xoşbəxt olmanızı diləyirəm. Dualarım siz əzizlərlədir. Dərin ehtiramla qardaşınız Elşən Mustafaoğlu..."