Badkubeh -Firuz Aliyev * - Orta sinif dərsliklərində verilən Azərbaycan təhsili və bu təhsilin əsasən tarix bölümünə aid kitablarda bir çox səhvlər var.Bu səhvlər haqqında bir məqalə yazmağı həqiqət, haqq tərəfdarı bir insan kimi özümə borc bildim. Özünüz oxuyun və fikirləşin görün bu yazılan tarix kitablarında azacıqda olsa məntiq və yaxud uyum varmı.
1 - Azərbaycan, Atropatena adından yaranmışdır.
2 - Azərbaycan odlar diyarıdır.
3 - Biz Zərdüşt olmuşuq
4 - Biz Türk millətiyik, Oğuz Türkləriyik.
5 - Azərbaycan böyük bir ölkə olub onu Ruslar və Farslar iki yerə parçaladılar.
P.S. Bu siyahını davam etdirmək olar ama əsasən bizim üçün vacib olan əsas 5 səhvi ifşa edəcəyik.
İndi gələk səhvlərin ifşasına.
1 - Bəli doğrudur.
2 - Bəli doğrudur ama bu kəlimənin kökünü yazmırlar.
Azar Paygan Fars kəliməsidir və Fars dilindən tərcümədə Odlar yurdu deməkdir.
3 və 4 - Bəli Zərdüşt olmuşuq doğrudur ama Zərdüşt olduğunu deyənlər nəyə görə Türk olduqlarını iddia edirlər ?
Axı türklərin zərdüştü olmayıb. Türklər yəni əsl türklər, şamançı və tengriçi olublar. Zərdüşt dininə əsasən İranisoylu xalqlar inanıblar. Bu isə o deməkdir ki, Azərilər türk yox, iranisoylu millətlər qrupundandır. Bu Azərilərin türk olmadığının bir neçə sübutlarından biridir. Azərilər bu dildə danışdıqlarına görə Türk olduqlarını zənn edirlər.
Axı bu yanlış düşüncədir. Bu dildə danışmaq Azərilərin türk olduğu anlamına gəlmir, kankret tarixi əsas yoxdur ki, Azərilərin türk olduğunu ortaya qoysun. Bu zamana qədər iddia edilən əsasların bir çoxu isə yalan və həqiqətə sığmayan fikirlərdir.
Lakin, bizim araşdırmalarımızın çoxu onu göstərir ki,
Azərilər ana dilini itirmiş bir millətdir. Azərilərin öz həqiqi ana dili, İranidillər qrupundan olan və Talış dilinə çox yaxın olan bir dildir. Bu dil Azəri dili adlanırdı və bu dilin hərzəndi ləhcəsi daha yayğın idi. Birdaha qeyd edirəm ki, bu dil Talış dilinə bənzər bir dil idi. Bugün Təbrizdə Azəri dilinin hərzəndi ləhcəsində danışan 4,5 ucqar kənd var. Yerli Azərilər ana dillərinin 20 il sonra tamamı ilə məhv olma təhlükəsi ilə üz üzə olduğunu deyirlər və bu dilin tamamı ilə məhv olmasından böyük narahatlıq hissi keçirdirlər.
5 - Azərbaycanı, Farslar və Ruslar iki yerə parçaladı yalanı.
Tarixi xəritələrə baxdığımız zaman görülür ki, əsl Azərbaycan harada yerləşir. Əsl Azərbaycan (Atropatena)
Təbriz,Urmiyə,Ərdəbil olan ərazini əhatə edirdi. Bugün ki, Azərbaycan Respublikası isə 1918'dən əvvəl tarix boyunca Arran və Şirvan adlanıb. Gələk indi müqaviləyə, bu müqavilədə iştirak edənlər Farslar yox məhz Qacar türkləri olub. Qacar türkləri, o vaxtlar İran imperiyasının tərkibində olan, Arran&Şirvan (Bugünki Azərbaycan Respublikası)
və əsl Azərbaycan (Atropatenada) vəzifədə idilər. İranlılar Ruslar ilə olan müharibədən sonra müqaviləyə qacarları göndərir ki, gedin sülh müqaviləsi imzalayıb bu məsələni həll edin. Qacar Türkləri, Ruslarla müqavilə imzalayırlar. Ruslar, müharibədə Rus səfirinin öldürülməsinə qarşılıq olaraq, İran İmperiyasının şimalındakı Arran və Şirvanı tələb edirlər və beləcə Araz çayı sərhəd olacaqdı. Qacar Türkləri bu müqaviləyə imza atırlar və bu müqavilə İranlıların tarixində qara yaddaş kimi qalır.
Bugün, Azərbaycan tarixi kitablarında isə, Ruslar və Farslar Azərbaycanı iki yerə parçaladı deyərək insanlara həqiqətə sığmayan bir tarixi öyrədirlər. Yenə deyirəm, Azərbaycan 1 dənə olmuşdur indiki (Təbriz,Urmiyə,Ərdəbil) ərazisində!
İndiki yaşadığımız yer Azərbaycan olmayıb. Qədimi Arran və Şirvan torpağı olmuşdur. İndi sizə sual verirəm sizcə bu yazılan kitablarda məntiq varmı ? İnsanları məcburi şəkildə türkləşdirmək, torpağın adını tarixini dəyişmək, başqa millətlərə qarşı nifrət yaradmaq, millətimizə düşmən qazandırmaq kimlərin oyunudur ? Tarixi həqiqətləri öyrənmək bilmek borcumuzdur və saxta bir şəkildə yox həqiqətlər ilə yaşamaq ən təbii haqqımızdır.
*Qafqaz və İran xalqları üzrə tədqiqatçı.