Tarix : 2017 Jul 05
Kod 52173

Üzün ağ olsun Azərbaycanın Sərdarı

Şeyx Sərdarın 3 iyul qələbəsini - haqqın batil, mənəviyyatın fəsad, əxlaqın “humanizm”,“tolerantlıq” kosmetikası altında gizlənmiş kobudluq, ədalətin ətalət, xalis Muhəmməd (s) islamının qondarma Amerika islamı, zəncirsiz azad dinin kölə din, izzətin zillət, müstəqil din xadiminin dinini dünyasına satmış din xainləri, məntiqin puçluq, reallığın teatr tamaşası üzərində zəfəri kimi qiymətləndirir və bu münasibətlə Zəmanə Sahibinə, Azərbaycan ruhaniyyətinə təbrik deyirəm!
Islaminsesi.az-Şeyx Sərdar fərd deyil, tərzi-təfəkkürdür. Bu təfəkkür tərzi dinin işğal edilməsini hələ öncədən hiss etmiş, öz həbsi ilə dini işğaldan azad etməyə çalışmaqdadır. Bu balaca uğurdur?! Sizcə bu zəfərə görə təbrik düşmür?! Bu zəfərin fatehi isə İslam oğlu, nümunəvi Azərbaycan vətəndaşı ŞEYX SƏRDAR cənablarıdır. Üzün ağ olsun ŞEYX!

Qətiyyətlə deyə bilərəm ki, Peyğəmbər övladı və Zəhra balası - bioloji cəhətdən əhli-beytlə qohumluğu olan, din-dünya müamiləsində uduzmuş və məhkəmə zalında sənin üzünə duran “Seyyid” (Qazi Şüreyh) deyil, əslində SƏNSƏN! Öz ömrünü Əli məhəbbətinə həsr etmiş SƏN! Sənin üzərində Əhli-Beytin xüsusi qayğısını tam varlığımla duyuram. Sən sözün həqiqi mənasında Allah adamısan. Təbii ki məhəbbətin xərci var.
هر كه در اين بزم مقربتر است، جام بلا بيشترش مي دهند

Məşuq yolunda əzab da şirindir. Asanlıq isə çətinliklə əldə edilir.
إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا
Nuşi canın olsun eşqin şərabı, ey eşq yolunun yolçusu!
 Həbs olunanda dedim ki Allahın Şeyxlə işi var. Görəsən nə işi ola bilər? Bu imtahanlar nəyə görədir? Bu ayəni xatırladım:

وَ إِذِ ابْتَلي‏ إِبْراهيمَ رَبُّهُ بِكَلِماتٍ فَأَتَمَّهُنَّ قالَ إِنِّي جاعِلُكَ لِلنَّاسِ إِماماً

Sənə olan istəyim qarşılıqlı qardaşlığımıza görə deyil, hər çənd ki tanıdığım təqribən bu 15 il müddətində özümə qarşı səndən çox alicənablıq və məhəbbət görmüşəm. Mən şəxsiyyətpərəst, fərdiyyətçi və şəxsləri haqqın ölçü vahidi bilən birisi deyiləm. Haqqı tanıyaraq əhlini tanımağa çalışıram. Sənə olan istəyimin qaynağı əqidəmdir, məktəbimdir, oxuduqlarımdır. İslami dəyərləri sənin simanda görürəm. Səni müdafiə etmək namazı müdafiə etməkdir. Sənə olan dəstəyimi açıq-aşkar elan etməklə özümü sənə yapışdıraraq, Qiyamət günü sənin şəfaətindən bəhrələnmək istəyirəm. Bu mənim üçün haqq aləmində mövlamız yanında yaşıl kart ola bilər. Çünki mən behişt əhlinin xüsusiyyətlərini səndə görürəm.

Ömrümün bütün ibadətlərini, məhkəmədəki son çıxışının savabı ilə dəyişməyə hazıram!
















    • Yazılıb
    • da (də) 2017 Jul 05
    • Göndərən مدير سايت Aran News