Tarix : 2017 Jul 06
Kod 52179

Azərbaycan-İran birgə avtomobil zavodunun ilk məhsulupayızda hazır olacaq

Neftçala sənaye zonasında Azərbaycan-İran birgə avtomobil zavodunun ilk məhsulu payızda istehsal olunacaq.
Nur-az.com:Bunu mətbuat konfransında trend-in əməkdaşının sualına cavab olaraq, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.
Onun sözlərinə görə, ilk avtomobillərin buraxılışı bu ilin sentyabr ayının sonunadək planlaşdırılır.
Qeyd edək ki, ötən il İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıb. Layihənin dəyəri 15 milyon dollar, illik istehsalat gücü isə 10 minə yaxın avtomobilə bərabər olacaq.
  • Yazılıb
  • da (də) 2017 Jul 06
  • Göndərən مدير سايت Aran News