Nur-az.com:Sabiq MTN generalı, bu qurumun Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan keçmiş rəhbəri Akif Çovdarovla bağlı növbəti məhkəmə prosesinə start verilib. Məhkəmə zamanı ən çox diqqət çəkən məqamlardan biri isə A.Çovdarovun qohumlarının da mülklərinin onun adına yazılaraq həbs edilməsinə etiraz etməsi olub.Məlum məsələ ilə bağlı moderator-u bilgiləndirən etibarlı mənbə A.Çovdarovun ailə üzvlərinin adına bu gün də kifayət qədər mülk və torpaq sahələrinin olduğunu və onların üzərinə hər hansı həbs qoyulmadığını bildirib. Bilgili qaynağın sözlərinə görə, bu torpaq sahələrindən biri Masazırda, “Qurtuluş” yaşayış komkleksi ilə üzbəüz ərazidə yerləşir. Sahəsi təxminən 80 sot olan və magistral yolun yaxınlığında yerləşən bu torpaq sahəsi Masazır qəsəbəsinin ən prestijli ərazilərindən biri hesab olunur. Hansı ki, həmin torpağın sənədləri A.Çovdarovun ailə üzvlərinin birinin adına rəsmiləşdirilib. Hansı ki, bu torpaq sahəsinin üzərinə həbs qoyulmamasına səbəb də onun bilavasitə A.Çovdarovun adına olmaması olub.
Mənbənin sözlərinə görə, vaxtiylə A.Çovdarov tərəfindən burada müəyyən tikinti işinin aparılması planlaşdırılsa da, MTN generalının həbsi onun bir çox planları ilə yanaşı, bu planını da yarımçıq qoydu. Lakin A.Çovdarovun həbsdə olduğu dönəmdə də onun mülklərinə yaxınları tərəfindən ciddi nəzarət edildiyini bildirən mənbə, MTN generalına məxsus bu torpaq sahəsinin də unudulmadığını bildirib.