İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkəman bu görüşdə Xəzər dənizi ətrafında yerləşən ölkələrin zəngin və çeşidli mədəniyyətə malik olmasına işarə edərək, deyib: Xəzəryanı ölkələrin birgə mədəni komitəsinin təsis edilməsi bu mədəniyyətləri dünya səviyyəsində yayımış olacaq.
abna24.com-İbrahimi Türkəman həmçinin, Təbriz şəhərinin 2018-ci il üçün İslam Dünyasının turizm paytaxtı elan edilməsini iki ölkə arasında birgə mədəni proqramların icrası üçün münasib fürsət adlandırıb.Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də bu görüşdə Xəzəryanı ölkələrin birgə mədəniyyət komitəsinin yaradılması təklifini müsbət qarşılayıb və deyib: Belə bir komitənin yaradılması Xəzər ölkələri arasında birgə əməkdaşlıqlar üçün təsirli addım olacaq.