Tarix : 2017 Jul 08
Kod 52186

İki rəkət namaz, üç il həbs!

Hacı Sərdar Həsənli Azərbaycanda təqvası, düzgünlüyü və sədaqəti ilə tanınmış, şiə təlimlərinə inanclı bir şəxsdir.

Günlər ötür və hər gün zahirdə geniş görünən dünyanın müxtəlif yerlərində heyrətamiz, inanılmaz hadisələrin şahidi oluruq. Tarixi vərəqləyib onun səhifələrinə ötəri də olsa nəzər salsaq çox acı və eyni zamada çox heyrətli olayları görərik. Tarixdə əsrlər öncə Kərbəlada günahı yalnız susuzluq olan altı aylıq körpənin şəhadətinin şahidiyiksə, bu gün Ali-Səud rejiminin bombaları altında qanına bələşən yəmənli körpələrin ürəkağrıdan ölümlərinin şahidiyik. Suriyada bir qrup cahil, azğın və həqiqi İslamdan xəbərsizin minlərlə günahsız insanı qətlə yetirməsini görürük. Eləcə də işğal edilmiş Fələstin ərazilərində qəsbkar sionist rejim ordu çəkib uşaqları qətlə yetirdiyi üçün medal alır. Nigeriyada şücaətli, müqavimətçi Şeyx Zəkzaki, onun ailəsi və tərəfdarlrı yalnız şiə olduğu üçün qanlarına qəltan edilir, zindana salınır.

Dünyanın müxtəlif bölgələrində şahidi olduğumuz bu hadisələr hər bir insaflı insanın ürəyini ağrıdır.

Bu arada Azərbaycan Respublikası hökuməti bekar qalmamış, sadaladığımız rejimlərdən geri qalmamaq üçün yarışa girmişdir. Bu ölkədə islamçılarla müqabilə siyasətinin qədim tarixi vardır və dövlət onu davam etdirir. Bu səhv siyasətlərin sayəsində hökumət İslamın, xüsusilə də şiə məktəbinə qarşı ikili siyasət yürüdür. Lakin onun qeyri-demokratik olmasına heç bir şəkk-şübhə yoxdur. Bu qeyri-demokratiklik o qədər aşkardır ki, hətta dövlətin səmimi dostları da ona etiraz edir, ölkədə din və vətəndaş haqlarına riayət olmadığını dünyaya elan edirlər.

Bakı dövlətinin islamofobiya siyasətində təhsil mərkəzlərində hicab qadağası, məscidlərdə azan səsləndirilməsi, dövlət idarələrində və ümumi yerlərdə islami təzahürlərdən istifadəyə yasaq, məscidləri sökmək və bağlamaq, doktor Mövsüm Səmədov, Hacı Abgül Süleymanov və s. kimi islamçıları şərləmək, onlara qarşı əsassız ittihamlar irəli sürmək və ağır həbs hökmləri çıxararaq zindana salmaq kimi hərəkətlər durur.

Bu hərəkətlərin davamında son günlər əliyevlər rejimi daha şidddətli, daha heyrətləndirici, qeyri-insani və anti-din addım ataraq cümə namazı icra etmiş bir ruhaniyə üç il həbs hökmü çıxardı. Hacı Sərdar Həsənli Azərbaycanda təqvası, düzgünlüyü və sədaqəti ilə tanınmış, şiə təlimlərinə inanclı bir şəxsdir. O, Masallı şəhərində təşkil olunmuş cümə namazını yerinə yetirdikdən sonra bu şəhərin icra hakimiyyətinin başçısının şikayəti əsasında polis tərəfindən saxlanılmış və bir neçə dəfə məhkəmə iclası keçirildikdən sonra sifarişli məhkəmə tərəfindən 3 il həbsə məhkum edilmişdir.

İyul ayının 3-də keçirilmiş son məhkəmə iclasında və onun üçün verilən son sözdə Hacı Sərdar Alların əmrlərini həyata keçirdiyinə görə məhkum olunduğundan sevindiyini bildirərək dedi: “Mən şad idim ki, dini ayin yerinə yetirdiyim üçün, məhz əqidəmin, imanımın, Allahımın mənə əmr etdiyini həyata keçirdiyim üçün həbs edilirəm.”

Beləliklə, hakimiyyət belə bir ədalətsiz və ağılsız hərəkətlərlə böyük islamçı potensiallarını əldən vermiş, müsəlman xalqı arasında özünün sosial bazasını itirmişdir. (Azərbaycan Respublikası əhalisinin 85 faizi on iki imamçı şiədir və dünyanın ikinci böyük şiə ölkəsidir.)

Bu hadisələr daxili gərginliyə səbəb olmuş və bir sıra İslam ölkələri ilə münasibətlərə mənfi təsir qoymuşdur. Beləliklə, Bakı dövləti iqtisadi, mədəni, ərazi (Qarabağ münaqişəsi) və s. kimi problemləri həll etmək əvəzinə islamçılarla mübarizəyə qalxaraq dövlətə zərər-ziyan vurmuşdur.

  • Yazılıb
  • da (də) 2017 Jul 08
  • Göndərən مدير سايت Aran News