Tehranın bu həftəki cümə xətibi höccətül-islam Kazım Siddiqi olub.
İslamazeri.com “Farsnews”-a istinadən xəbər verir ki, ölkənin bəzi məmurlarının səbirsizliyindən söz açan imam-cümə deyib: “Çox təəssüf ki, bəzi məmurlar cavab vermək üçün kiminsə nəsə deməsini gözləyirlər. Səbirləri yoxdu, tez cavabını verir ya da işdən uzaqlaşdırırlar. Şəhid Beheşti belə deyildi. İndi Beheşti kimisi varmı? Nələri itirdiyimizdən xəbərdar deyilik.”
Yəmən xalqının böhranlı vəziyyətinə də işarə edən imam-cümə deyib: “Ali-Səud, Ali-Xəlifə və Trampın gəlişi ilə zülm bıçaqlarını daha da itiləyən ABŞ-a lənət göndəririk! Yəmən xalqı iqtisadi, hərbi baxımdan ən çətin şəraitdə yaşayırlar. Həyatları təzyiq altındadır. Ölkə viran olmaq üzrədir, insaniyyət basdırılıb, insan haqları təşkilatları saxta və zalıma dəstək verir. Biz onları lənətləyir və hamını məzlum Yəmən xalqına dəstək verməyə çağırırıq. Bizim S.Ərəbistanının daxilindən xəbərimiz yoxdur. Xəbərimiz yoxdur ki, bu rejim ABŞ-ın dəstəyi ilə şiə bölgələrində hansı cinayətlərə əl atırlar. Azərbaycanda da xalqın məzhəbi mərasimlərini qeyd etməyə icazələri yoxdur. Heç bir ölkədə mərasimlərlə bağlı bu qədər məhdudiyyət yoxdur. Kafir ölkələrdə də bunu etmirlər. Belə olan halda insan haqları təşkilatları sakit qalıblar. Heç kim səsini çıxarmır, heç kim addım atmır. Beynəlxalq cinayətləri araşdırmaq ədliyyə qüvvəmizin işlərindəndir. Ayətullah Zəkzaki hansı günaha görə həbs olunub? Azərbaycan alimləri hansı günaha görə saxlanılır? Bu məsələlər hüquqi çərçivədə araşdırılmalıdır.”