İyun ayının 14-də Qaradağ Rayon Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun Qobustan həbsxanasına köçürülməsi ilə bağlı məhkəmə prosesi keçirilməsi barəsində xəbər vermişdik
Maide.az-12 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin təqdimatı əsasında keçirilən prosesin sonunda hakim Rəşad Mustafayev, Mövsüm Səmədovun 3 illik Qobustan qapalı tipli təcridxanasına göndərilməsi ilə bağlı hökm çıxarmışdı.
Doktor Səmədovun vəkili Yalçın İmanov çıxarılan hökmdən apellyasiya şikayəti verib. Appelyasiya şikayətinə İyul ayının 10-u, saat 11:30-da hakim Vüqar Məmmədovun sədrliyi ilə Bakı Apellyasiya məhkəməsində baxılacaq.