Son vaxtlar ölkə gündəminin ən əsas mövzularından biri Masallıda cümə namazı qıldığına görə bir neçə gün bundan öncə 3 il müddətinə azadlıqdan məhrum edilən Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maide.az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin ittiham edildiyi maddə və məhkəmə prosesində baş verənlərlə bağlı idi
Islaminsesi.az-Keçirilən məhkəmə proseslərindən birində dövlət ittihamçısı məhkəmə zamanı Şeyx Sərdarın “cinayətini sübut edən” dəlil gətirmək istərkən işlətdiyi ifadə sözün əsl mənasında sözügedən cinayət işinin əsl mahiyyətini tamamilə ortalığa qoydu. O çıxışı zamanı bildirdi ki, ruhaniyə cinayət işinin açılmasına əsas səbəb onun camaatdan öndə dayanıb namaz qılmasıdır. Lakin o bunu qəribə formada əsaslandıraraq belə bir ifadə işlətmişdi ki, əgər Sərdar Babayev durduğu yerdən 3 addım geridə dayanıb namaz qılsaydı o bu gün mühakimə edilməyəcəkdi. Yəni bir sözlə Şeyx Sərdarın ən böyük “günahı” namaza görə insanlardan 3 addım öndə durması olub. Sonda Şeyx Sərdar barəsində dövlət ittihamçısı 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzası istəsə də, məhkəmə bəlkə də özü də bilmədin Şeyx Sərdarın insanlardan önə çıxdığı addımların sayı qədər, yəni 3 il müddətinə həbs cəzası verdi. İslaminSesi sözügedən mövzunun aktuallığını nəzərə alaraq hazırladığı karikaturanı oxucularına təqdim edir.