Tarix : 2017 Jul 08
Kod 52190

3 addımın cəzası - Hər addıma 1 il - Karikatura

Son vaxtlar ölkə gündəminin ən əsas mövzularından biri Masallıda cümə namazı qıldığına görə bir neçə gün bundan öncə 3 il müddətinə azadlıqdan məhrum edilən Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maide.az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin ittiham edildiyi maddə və məhkəmə prosesində baş verənlərlə bağlı idi

Islaminsesi.az-Keçirilən məhkəmə proseslərindən birində dövlət ittihamçısı məhkəmə zamanı Şeyx Sərdarın “cinayətini sübut edən” dəlil gətirmək istərkən işlətdiyi ifadə sözün əsl mənasında sözügedən cinayət işinin əsl mahiyyətini tamamilə ortalığa qoydu. O çıxışı zamanı bildirdi ki, ruhaniyə cinayət işinin açılmasına əsas səbəb onun camaatdan öndə dayanıb namaz qılmasıdır. Lakin o bunu qəribə formada əsaslandıraraq belə bir ifadə işlətmişdi ki,  əgər Sərdar Babayev durduğu yerdən 3 addım geridə dayanıb namaz qılsaydı o bu gün mühakimə edilməyəcəkdi. Yəni bir sözlə Şeyx Sərdarın ən böyük “günahı” namaza görə insanlardan 3 addım öndə durması olub.  Sonda Şeyx Sərdar barəsində dövlət ittihamçısı 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzası istəsə də, məhkəmə bəlkə də özü də bilmədin Şeyx Sərdarın insanlardan önə çıxdığı addımların sayı qədər, yəni 3 il müddətinə həbs cəzası verdi. İslaminSesi sözügedən mövzunun aktuallığını nəzərə alaraq hazırladığı karikaturanı oxucularına təqdim edir.


  • Yazılıb
  • da (də) 2017 Jul 08
  • Göndərən مدير سايت Aran News