Daxili İşlər Nazirliyi İsmayıllı rayonundakı “Green House” istirahət mərkəzində 4 nəfəri “tok” vurması və onlardan ikisinin ölməsi ilə bağlı açıqlama yayıb.
Islamazeri.az-İyulun 7-də İsmayıllı rayonunun İstisu kəndinin ərazisində yerləşən istirahət mərkəzlərindən birində Bakı şəhər sakinləri Emil Adıgözəlov və Gülhüseyn Quliyev hovuzda çimərkən elektrik cərəyanı vurması nəticəsində ölüblər.
Həmin vaxt onlara kömək məqsədilə hovuza düşən paytaxt sakinləri Zaur Əliyevi və Eltəkin Umarovu da elektrik cərəyanı vurduğundan xəstəxanaya yerləşdiriliblər.
Araşdırma aparılır.