Türkiyədə 9 aylıq hamilə qadına təcavüz etdikdən sonra yanındakı 10 aylıq körpə ilə birlikdə qadını vəhşicəsinə öldürən şübhəlilər ədliyyəyə aparılıb. Şübhəlilərin aparıldığı ədliyyə qarşısında gərgin anlar yaşanıb.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Qaynarca ilçəsində özəl bir toyuq şirkətində işləyən Birol Qaracal və Camal Bay adlı iki şəxs iş yerində çalışdığı Suriya əsilli bir nəfər ilə arasında mübahisə baş vermişdi. Baş verən mübahisə sonra iki şəxs Suriyalı fəhlənin həyat yoldaşını və 10 aylıq uşağını Mərkəz məhəlləsində yerləşən evlərinə gələrək zorla qaçırıb. Şəxslər Suriya əsilli Məfta Əmani Ərrahman adlı qadına təcavüz etdikdən sonra başına daş ilə vuraraq yanındakı 10 aylıq körpəni isə boğaraq vəhşiçəsinə öldürüb.Hadisə sonrasında aparıldıqları ədliyyə qarşısında gözləyən vətəndaşlar "edam istəyirik",- deyə qışqıraraq birdən ədliyyəyə girməyə çalışıb. Bunun üzərinə polis dəstələri də vətəndaşlara müdaxilə edərək havaya atəş açıb. Polis və jandarm dəstələri vətəndaşları sakitləşdirməyə çalışır.