Ttruthngo.org-Gündəmi zəbt edən bu hadisə balacadan tutmuş böyüyə qədər hər bir vətəndaş məsum Zəhranın amansız qətlini ürəkağrısı ilə yad edir. Hələ dünyanı dərk etməyən, müharibənin nə olduğunu anlamayan balaca Zəhranın erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirməsinə siyasi, ictimai və din xadimləri öz etirazlarını bir vasitələrlə bildirməkdədir. “Maarifçiliyə Dəvət” İB-nin sədri, ilahiyyatçı hacı Elçin Manafov da “Hədəf14.az” saytına verdiyi müsahibəsində sözügedən mövzuyla bağlı öz münasibətini bildirib.M.Elçin ermənilərin ötən gün cəbhə bölgəsində törətdiyi cinayəti vəhşilik adlandırıb. “O cür mələk simalı, müqəddəs adı daşıyan məsum balanı qətlə yetiriblər. Keşkə olmayaydı, bu barədə danışmaq çox ağırdı, söz tapmıram deməyə. İnşallah elə adının ahı tutsun onları”.
İlahiyyatçının sözlərinə görə, baş verənlər çox ağrıdıcı və sarsıdıcı mənzərədi. “Ancaq ermənilərdən bundan da pis əməllər gözləyirik. Çünki bu vəhşilik vandalizim artıq onların qanlarındadır. Yəni bu hal heç də təəccübləndirici deyil. Allah onların bəlasını versin. Hər nə qədər ki, haqsız yerə günahsız insanları qətlə yetirilər. Uca Yaradan bütün dünyadakı zalim və qatilləri öz cəzasına çatdırsın inşallah”!
Müsahib sonda ölkənin tanınmış simalarına səslənib. O bildirib ki, biz prezidentimizdən və ölkənin məsul şəxslərindən xahiş, eyni zamanda tələb edirik ki, imkan verməsinlər bu xalq öz izzətini əldən versin. Bizim xalqımız müsəlman xalqıdır. Bu xalq ömürboyu şərəf və izzətlə yaşayıb. Tariximizə nəzər salsaq bizim görün necə dahilərimiz, qəhrəman oğullarımız, ölkə başçılarımız və sərkərdələrimiz olub. Xülasə o cür insanların xatirələri var bu ölkədə. Bu adi xalq deyil. Ona görə bir azərbaycanlı, eyni zamanda vətəndaş olaraq xahiş və tələbimiz budur ki, axıdılan qanlar yerdə qalmasın. Hər nə olur olsun, qanımız yerdə qalmamalıdır!”.
Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.