Tarix : 2017 Jul 10
Kod 52215

Bakı Şəhər İcra Hakimiyyəti və bulvar idarəsini Formula-1-ə görə məhkəməyə verdilər

Bakıda keçirilən "Formula-1" Qran-pri yarışları insanların Avropa Kopnvensiyasında nəzərdə tutulan hərəkət azadlığını, ayrı-seçkiliyə məruz qalmamaq hüquqlarını pozur.
Azadliq.org-Bu qənaətdə olan hüquq müdafiəçisi Samirə Ağayeva və jurnalist Tatyana Kryuçkina "Formula-1"in təşkilatçı şirkətini, Bakı şəhər Bulvar İdarəsini və Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə veriblər.

İddiaçılar deyirlər ki, ikinci ildir ki, Bakıda keçirilən "Formula-1" Qran-pri yarışları zamanı 3 kilometr uzunluğunda dənizkənarı bulvarın köhnə hissəsi bileti olmayanların üzünə qapanır. Bulvara giriş ancaq "Formula 1"-ə bileti olanlara açıq olur.

Bakıda Formula-1 yarışı
Bakıda Formula-1 yarışı

Onlar bu faktı “özbaşınalıq, insan hüquqlarının kobud pozulması” kimi dəyərləndirirlər.

“Bu yarışlar başqa ölkərlərdə paytaxtın mərkəzində keçirilmir. İnsanlar sərbəst hərəkət edə, iş yerinə vaxtında çata bilmirlər. Nəqliyyatla bağlı problem yarandığından normal dincələ də bilmirlər. İyunun 23-də biz bulvara getmək istədik, ancaq oPolis əməkdaşları və könüllülər bizi saxlayaraq bildirdilər ki, bulvara giriş bağlıdır. Bulvar ictimai obyektdir və heç kim vətəndaşların orada gəzməsinə qadağa qoya bilməz. Əgər kimsə ölkədə yarışlar keçirmək istəyirsə, bundan ötrü xüsusi treklər inşa etsinr və vətəndaşların hüquqlarını pozmasın", - iddiaçılardan T.Kryuçkina bildirir.

Hələlik məhkəməyə verilən qurumlar - "Formula-1"in təşkilatçı şirkəti, Bakı şəhər Bulvar İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti məhkəmə iddiasını şərh etməyiblər.


XATIRLATMA

Azərbaycan 2016-cı ildən «Formula-1» «Qran-pri» yarışlarını təşkil edir. Təşkilat Komitəsi ilə imzalanan sazişə görə, Azərbaycan 2017-ci ildən sonra daha 3 il bu yarışları keçirməlidir. Azərbaycan rəsmilərinin sözlərinə görə, əks halda, ölkəni 50 milyon dollar cərimə gözləyir.

Bu il iyunun 23-dən 25-nə kimi Bakıda ikinci dəfə keçirilən «Formula-1» yarışları zamanı şəhərin mərkəzi hissəsində vətəndaşların sərbəst hərəkətinə bəzi məhdudiyyətlər qoyulmuşdu. Paytaxtın mərkəzi hissəsindən keçən 18 ictimai nəqliyyat marşrutunun hərəkət istiqamətini də dəyişdirilmişdi.







  • Yazılıb
  • da (də) 2017 Jul 10
  • Göndərən مدير سايت Aran News