Azərbaycan prezidenti İlham Əliyev iyulun 9-da Türkiyəyə geib. O, İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak edəcək.
Azadliq.org-Məlumatı prezidentin mətbuat xidməti yayıb.Konqresdə dünyanın aparıcı neft və qaz şirkətlərinin rəhbərlərinin iştirakı gözlənilir.
Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi tədbirdə də neft-qaz yataqlarına aid kəşfiyyat işləri, karbohidrogen ehtiyatların emalı, hazır məhsulların daşınması, onların alıcı tərəflərə təhlükəsiz çatdırılması və digər məsələlər ətrafında müzakirələr aparılacaq.