Özünü qərbpərəst və demokrat adlandıran erməni mediası günahsız körpələrin öldürülməsinə görə Sərkisyan rejiminin vəkillyini edir
Ermənistan əvvəlki kimi Azərbaycan tərəfdən günahsız insanların öldürülməsini inkar edə bilmir. Hər halda informasiya-kommunikasiya texnikasının inkişafı, həmçinin sosial şəbəkələrin sayəsində hadisənin olduğu kimi çatdırılması səbəbindən ermənilər artıq hansısa yalan uydura bilmirlər.
Bu səbəbdən hadisənin Azərbaycan tərəfinin “təxribatı” nəticəsində, “kənd camaatını canlı qalxan kimi istifadə etməsi səbəbindən” baş verdiyini izah edirlər. Erməni mətbuatında ifadə olunan fikirlər açıqca bunu ifadə edir: “Qarabağda qalib gəlmək üçün mülki əhalini öldürməkdən başqa çarəmiz yoxdur”.
Ermənistanda özünü Sərkisyan rejiminə qatı müxalif hesab edən, qərbyönümlü və liberal qanadı təmsil etdiyini bildirən lragir saytının baş yazısı buna ən gözəl nümunədir.
Yazıdakı müəyyən hissələri təqdim edirik:
“Qarabağda Azərbaycan tərəfinin beynəlxalq skandal olaraq təqdim etmək istədiyi son təxribat müharibə mövzusunu yenidən gündəmə gətirib.
Politologiyada müharibə siyasi və başqa hədəflərin həlli vasitəsi hesab olunur. Bəziləri siyasi prosesin çıxış nöqtəsi olaraq nizamlanmanın milli təhlükəsizlik maraqları çərçivəsində həll olunmasında deyil, müharibəyə yol verilməməsində görür. Sülh və milli maraqlar barter əməliyyatının predmetinə çevrilib”.
Yazıda adı göstərilməyən müəllif Azərbaycanın Ermənistanı müharibə ilə təhdid edərək siyasi güzəştlər qoparmaq istədiyini irəli sürür. Ermənistanın siyasi-hərbi rəhbərliyinin isə müharibədən qaçmaq naminə ərazi güzəştlərinə hazır olduğunu iddia edir.
“Bütün bunlar ona gətirib çıxrdı ki, Bakı “ərazi əvəzinə sülh” formulasını gətirərək, əks təqdirdə qorxutma və təhdid siyasətini davam etdrəcəyini bildirdi”, Ermənistan isə ərazi bütövlüyünü (?!) konstitusion qaydada müdafiə etmək əvəzinə yalnız müharibəni durdurmaqla məşğul olmağa başladı”- məqalədə yazılıb..
Müəllif artıq Ermənistanın da Azərbaycanı müharibə ilə qorxutmaq zamanının gəlib çatdığını düşünür. Lakin nə yolla? Əsl erməni metodları ilə:
“1990-cı illərin əvvələrində Xankəndi ətrafında Kərkicahan kəndində evlərin yandırılmasından sonra azərbaycanlılar oraları sürətlə tərk etməyə başladılar.
2017-ci ilin iyulun 4-də azərbaycanlılar bir daha başa düşdülər ki, ermənilər yenə də əllərinə silah götürüblər. Qızın faciəli ölümü göstərir ki, biz ermənilər müharibədən qorxmuruq, öz təhlükəsizliyimizi qorumağa hazırıq”.
Bax belə, necə deyərlər şərhsiz...Əsgərimizə gücü çatmayanlar körpə uşaqlarımızı öldürməklə hədələyirlər.
Hələ məqalənin sonundakı sözlərə baxın:
“Erməni diplomatiyası fürsətdən (yəni kiçik qızın öldürülməsindən-red.) istifadə edib “sülh əvəzinə ərazi” siyasi kazusundan çıxmalıdır. Müharibədən qaçan xalqlar ya genosidə məruz qoyulur, ya da yaşadığı torpadqa həmişə qərib kimi olur”.
Ermənistanın 1-ci ombudsmanı, yenə də “qərbpərəst” və “liberal” hesab olunan Larisa Alaverdiyan keçirdiyi mətbuat konfransında erməni ordusunun cəbhədəki son hərəkətlərini “ölçülü tədbir” adlandırıb.
“Əgər qurbanlar varsa bu Azərbaycanın siyasətinin nəticəsində yaranıb”, - erməni qadın yaşlı qadının və körpə qız uşağının ölümünə belə haqq qazandırıb.
Ermənistanın insan haqları üzrə keçmiş müvəkkili ordunun müharibə vəziyyətində olduğu kimi hərəkət etməli olduğunu düşünür. “Bizim əsas hədəfimiz Azərbaycanı sülhə məcbur etməkdir”,- Alaverdiyanın çıxışı bu cümlə ilə bitir.
Musavat.com