Tarix : 2017 Jul 11
Kod 52225

Mövsüm Səmədovun Appelyasiya məhkəməsi keçirilib

Bakı Appelyasiya Məhkəməsində AİP lideri Mövsüm Səmədovun şikayətinə baxılıb.
Islamazeri.az-Appelyasiya şikayəti Qaradağ Rayon Məhkəməsinin Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun 3 il müddətinə Qobustan Qapalı Tipli Həbsxanasına köçürülməsi ilə bağlı verdiyi qərarla bağlı idi.
Məhkəmədə AİP rəhbbərliyi, funksionerləri çoxlu sayda inanclı kəsimin nümayəndələri iştirak ediblər.
Bu barədə xəbər verən İslaminSesi yazır ki, məhkəmə prosesi hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutub.
Məhkəmədə Mövsüm Səmədovun özü də iştirak edib.
Məhkəmə prosesində doktor Səmədovun vəkili bir neçə vəsatətlə çıxış edib. Vəkil məhkəmə heyətinin diqqətinə çatdırıb ki, Qaradağ Rayon Məhkəməsində keçirilən ilkin baxış zamanı şikayətçilər və şahidlərdən heç kim dindirilməyib. 4 saat davam edən məhkəmə prosesində heç bir araşdırma aparılmadan, istintaqa verilən şahid ifadələri alınmadan 16 səhifəlik işə 10 dəqiqə ərzində baxış keçirilərək qərar çıxarılıb. Məhz buna görə də vəkil ilkin məhkəmə prosesi zamanı Hacı Mövsüm Səmədovun guya günahkar olduğunu sübuta yetirən həmin şahid ifadələrinin alınmasını və məhkəmədə iştiraklarının təmin olunmasını istəyib. Lakin vəsatətlər məhkəmə tərəfindən təmin edilməyib və növbəti məhkəmə baxışı iyul ayının 17-si, saat 11: 30–a təyin olunub.

  • Yazılıb
  • da (də) 2017 Jul 11
  • Göndərən مدير سايت Aran News