Xəbər verildiyi kimi, bu il aprelin əvvəlindən sökülməyi barədə məsələ gündəmə gəlmiş, Yasamal rayonu Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidi iyunun 30-dan 1-ə keçən gecə söküldü.
Nur-az.com:İmam Hüseyn məscidinin axundu Hacı Əbdülün moderator-a verdiyi məlumata görə, Hacı Cavad məscidinin sökülməsindən cəmi bir neçə gün sonra aprelin əvvəlindən bəri bu prosesdə fəal iştirak etmiş, Yasamal RİH başçısı İbrahim Mehdiyevin yaxın adamlarından biri, məscidin yerləşdiyi ərazi üzrə 43 saylı Mənzil İstismar İdarəsinin rəisi Yusif Əmədov səhər saatlarında iş otağında gözlənilmədən ölüb.