Tarix : 2017 Jul 11
Kod 52232

Türkiyədə dəhşətli qətliam -TƏFƏRRÜATLAR

Türkiyənin Sakarya vilayətinin Kaynarca rayonundakı meşə ərazisində öldürülən suriyalı 9 aylıq hamilə Əmani əl-Rahmun (20 yaş) ilə 10 aylıq körpəsinin cənazələri Suriyanın İdlib vilayətin aparılaraq Cibale kəndində dəfn edilib. Qızı və həyat yoldaşı vəhşicəsinə qətlə yetirilən Məhəmməd Abdülhadi Əli əl-Rahmun, "Türkiyə hökumətindən bu dəhşətli cinayəti törədənləri ən ağır şəkildə cəzalandırılmasını istəyirik. Bu işə bulaşan günahkarların etdikləri türk xalqına aid deyil. Türk xalqı bizim qardaşımız, müsəlman və dost xalqımızdır", - deyib.
Digər tərəfdən, canilər ifadələrində gənc qadının ərini də öldürməyi planlaşdırdıqlarını deyiblər.
İslaminSesi FaktXəbər-in məlumatına istinadən bildirir ki. vəhşicəsinə öldürülən suriyalı 9 aylıq hamilə Əmani əl-Rahmun ilə 10 aylıq oğlu Halaf əl-Rahmunun cənazə namazını qılan Diyanət İşləri başqanı Mehmet Görməz, "Bizə nə oldu ki, biz vicdanımıza və mərhəmətimizə sığınan körpənin qatili olduq", - deyə bildirib. 
 
 
Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törədən Camal Bay ilə Birol Karacal həbs olunublar. Evli və bir uşaq atası olan Karacalın həyat yoldaşı və atası açıqlama verərək, ondan imtina ediblər.
 
 
Birol Karacalın atası İsmayıl Karacal belə deyib: "Bu hadisənin necə baş verdiyini bilmirəm. Xəstə olduğum üçün cümə günü gündüz Birol yanıma gəlmişdi, sonra da çıxıb getdi. Ertəsi günü günortan saatlarında Birolun evinin qarşısında polis olduğunu gördüm. Polis Birolun evini axtarırdı. Hadisədən bu şəkildə xəbərim oldu". Oğlunun daha əvvəl də cinsi təcavüzə görə 2.5 il həbsxanada yatdığını deyən ata, "hazırda heç bir şey təsəvvür edə bilmirəm. Mənim elə bir oğlum yoxdur. Onu silmişəm. Onunla heç vaxt bir daha görüşmək istəmirəm. Suriyalı ailəyə də nə deyəcəyimi bilmirəm. Çox təəssüf. Pərişan haldayam", söyləyib.
 
 
Hadisə gecəsi evdə yatdığını deyən Birol Karacalın xanımı isə, "Mən də bir anayam. Bətnində uşaq olan bir qadını və bir körpəni öldürənləri ən ağır şəkildə lənətləyirəm. Baş verənlər qeyri-insanidir. Mən bundan sonra onunla heç vaxt eyni soyadı daşımayacağam. Uşağımın da bu soyadını daşımaması üçün lazım olan hər şeyi edəcəyəm. O adam artıq mənim uşağımın atası deyil. Mənim də heç nəyim deyil. İki gündür yatmıram. Yatanda o məsum insanların üzü gözümün önünə gəlir. Bu vəhşiliyi lənətləyirəm", - deyib.
Camal Bay və Birol Karacal törətdikləri vəhşiliyi etiraf ediblər.
Hər iki təcavüzkar eyni zavodda işlədikləri suriyalı Xalid əl-Rahmunu cəzalandırmaq üçün gecə eyvandan evinə girdiklərini deyib. 
Kaynarca prokurorluğunda ifadəsi alınan Camal Bay belə danışıb:
 "Xanımın həyat yoldaşı ilə eyni zavodda işləyirdik. Onunla aram soyuq idi, ancaq Birolun onunla arası heç yaxşı deyildi. Aralarında üç gün əvvəl dava-dalaşa səbəb olan ədavət baş vermişdi. Bundan sonra Birol mənə Xalidin xanımına təcavüz edərək öldürmək təklifi etdi, mən də razılaşdım.
Xalidin evdə olmadığı bir vaxtı güdərək, eyvandan birlikdə daxil olduq. Qadın yerdə uzanaq yatmışdı. Yanında körpə vardı. Xanımın üstünə əvvəl Birol tullandı. Xanım özünü müdafiə edəndə Birol boyununun ardına vurmağa başladı. Mən də yumruqla vurdum. Birol on aylıq uşağın boğazını bezlə sıxaraq boğdu. Uşaqdan səs gəlməyə başlayanda mən də boğazını bezlə sıxaraq boğdum.
Qadını və uşağı evdən götürüb maşına qoyduq. Meşəyə getdik. Birol və mən qadına təcavüz etdik. Qadını və uşağı meşənin başqa yerinə apardıq. Qadının başına Birolla birlikdə odunla vuraraq öldürdük. On aylıq uşaq da ölmüşdü və ikisini də meşədəki ağac və kolların altında gizlətdik.
Gizlətdikdən sonra Birolun atasının evinə getdik. Evin qarşısındakı beli götürdük. Təkrar hadisə yerinə gedərək çuxur qazmağa çalışdıq. Lakin torpaq sərt olduğu üçün qaza bilmədik. Yenidən ağac və budaqlarla meyitin üstünü örtdük. Kaynarcaya qayıtdıqda Xalidin evinə getdik. Birolun tapançası var idi. Xalidin evə gəlməsini gözləyib, öldürmək niyyətimiz vardı. Hər hansı bir dəlil və iz buraxmamaq istəyirdik." 
 
 
Digər cani Birol Karacal isə belə deyib:
"Xanımın həyat yoldaşı ilə iş yerindəki məsələlərə görə aramızda mübahisə yaranmışdı. Bundan sonra Camalla plan qurduq. On aylıq uşağı Camal boğdu, qadını isə huşunun getməsi üçün vurdu. Mən kömək etdim. Daha sonra qadını Camalın kürəyinə yüklədim. Mən də uşağı aldım və mənə məxsus maşınla meşəyə getdik. Meşədə mən və Camal qadına təcavüz etdik. Təcavüzdən sonra odunla Camal qadının başından vurdu. Mənim vurmağa əlim gəlmirdi. Qadını öldürdükdən sonra üstünü kol-kosla örtdük. Ərini də öldürmək qərarı verdik, ancaq hava işıqlanmağa başlayanda, bu işdən imtina etdik. Mənim niyyətim, Xailddən heyf almaq üçün xanımına təcavüz etmək idi. Ancaq Camal ilə birlikdə öldürməyi də qərarlaşdırdıq."








  • Yazılıb
  • da (də) 2017 Jul 11
  • Göndərən مدير سايت Aran News