Tarix : 2017 Jul 12
Kod 52245

Azərbaycan və Ermənistan XİN başçılarının Brüsseldə keçirilən görüşünün nəticələri

İslaminSesi-nin TASS-a istinadla verdiyi məlumata görə, dünən Belçikanın paytaxtı Brüsseldə ATƏT-in (Avropada Təhküləsizlik və Əməkdaşlıq Təşkilatı) Dağlıq Qarabağ üzrə Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Riçard Viskonti (Fransa) və Riçard Hohlandın (ABŞ) vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
"Görüşdə Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin irəli aparılması üçün müvafiq şəraitin yaradılması barədə müzakirələr davam etdirilib", - deyə məlumatda qeyd edilib.
Bu barədə TASS-a məlumat verən Ermənistan XİN idarəsinin mətbuat katibi Tiqran Balayan bəyan edib ki, Edvard Nalbandyan görüşdə Dağlıq Qarabağda münaqişə tərəflərinin "təmas xəttində vəziyyətin sabitləşməsinin vacibliyini vurğulayıb". "Bu məqsədlə o, Vyana və Sankt-Peterburq zirvə görüşlərində əldə olunmuş razılaşmaların yerinə yetirilməsini diqqətə çatdırıb".
Balayan, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin nazirlərdən (XİN başçılarından) hər iki ölkənin prezidentlərinə bu ilin ərzində bir-biri arasında görüş keçirməyi çatdıqmağı təklif etdiklərini və Azərbaycan və Ermənistan XİN başçılarının bu ilin Sentyabr ayında Nyu-Yorkda BMT  Baş Assambleyasının sessiyası çərçivəsində növbəti görüş keçiməyi razılaşdırdıqlarını bildirib.














  • Yazılıb
  • da (də) 2017 Jul 12
  • Göndərən مدير سايت Aran News