Qarabağ məsələləri üzrə beynəlxalq vasitəçilər Azərbaycan və Ermənistan rəhbərliyinə ilin sonuna kimi görüşməyi təklif edib. FaktXeber.com-un məlumatına görə, bu barədə Ermənistan xarici siyasət qurumunun Mətbuat Xidmətinin rəhbəri Tiqran Balayan bəyan edib.
Faktxeber.com-«ATƏT MQ-nun Qarabağ üzrə vasitəçiləri nazirlərdən xahiş ediblər ki, prezidentlərə il ərzində sammit keçirməyi təklif etsinlər», - deyə bəyanatda bildirilir.«Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün cari ilin senqntyabr ayında Nyu-Yorkda BMT Baş Asambleyasının sesiyası çərçivəsində keçirmək barədə razılıq əldə olunub», - deyə Balayan vurğulayıb.
Xatırladaq ki, iyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında ATƏT Minsk qrupu həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin təşəbbüsü və iştirakı ilə növbəti görüş keçirilib.Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin irəliləməsi yolları müzakirə olunub.