Tarix : 2017 Jul 13
Kod 52256

“5-6 turistə görə, yerli vətəndaşlar öz ev-eşiklərindən olmamalıdır”

Nazim Bəydəmirli: “Ərəb ölkələrindən gələn turistlərin davranışları bizim menitalitetlə uzlaşmaya bilər”
Isalminsesi.az-Son bir neçə ildir Azərbaycanın turizm sektorunda canlanma müşahidə olunur. Ölkəyə gələn turistlərin sayında müşahidə olunan artım bunu deməyə əsas verir. Əsasən Ərəb ölkələrindən, İran və Rusiyadan ölkəmizə təşrif buyuran əcnəbi turistlər Azərbaycanın milli adətlərinə, tarixi abidələrinə, təbiətinə və milli mətbəxinə heyran qalsalar da, xidmət sektorundakı problemlərdən gileylərini gizlətmirlər. Xidmət sektorunda çalışan bəzi fırıldaqçıların qurbanına çevrilən əcnəbi turistlər öz narazılıqlarını dilə gətirirlər.
 
Bəs görəsən bu problemlərdən azad olmaq üçün Azərbaycanda turizm mədəniyyətini necə inkişaf etdirmək olar?
 
İslaminSesi mövzunu eks millət vəkili, iqtisadçı ekspert Nazim Bəydəmirli ilə müzakirə edib.  Ekspert bildirib ki, Azərbaycanlılar öz qonaqpərvərlikləri ilə seçilirlər. Ancaq turistlər turizm şirkətləri vasitəsi ilə ölkəyə gəlmədikdə müəyyən problemlərin yaşanması mümkündür.  İstər Azərbaycanda, istər Ərəb ölkələrində, istərsə də inkişaf etmiş Avropa dövlətlərində turistlər fırıldaqçıların toruna düşə bilərlər. Ona görə də, hər bir turist getdiyi ölkə haqqında öncədən ətraflı məlumat toplamalıdır. Turizm şirkətləri ilə səyahət etsələr , bu daha məqsədəuyğun olar”.
Nazim Bəydəmirlinin sözlərinə görə, Turizm sektorunun inkişafı üçün əsasən rəqabət mühiti olmalıdır: “ Yəni 5 ulduzlu otellər tikməklə turizmi inkişaf etdirmək mümkün deyil. Əsas turist potensialını aşağı vəsaitlə gəzməyə gələnlər təşkil edir. Bu səbəbdən də daha çox hostellərin inkişafını stimmullaşdırmaq, taksi xidmətlərinin sayını artırmaq lazımdır. Bütün bu tədbirləri həyata keçirmək üçün Mədəniyyət və Turizm Nazirliyi öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir”.
Ekspert qeyd edib ki, Ərəb ölkələrindən gələn turistlərin davranışları bizim menitalitetlə uzlaşmaya bilər. Çünki dinimiz bir olsa da, fərqli mədəniyyətlərin daşıyıcılarıyıq: “ Onların hərəkətləri bizə təəccüblü gəlsə də, turizmə açıq ölkəyiksə, o zaman qanun çərçivəsində dözümlülük göstərməliyik. Ancaq ölkədə keçirilən bəzi idman yarışları zamanı yerli əhaliyə qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsini qətiyyətlə pisləyirəm. Hesab edirəm ki, beynəlxalq tədbirlər zamanı yerli əhali bundan əziyyət çəkməməlidir. Yani turistlərə görə, yerli vətəndaşlar öz yer-yurdlarından sıxışdırılmamalıdırlar. Ümid edirəm ki, gələcəkdə bu cür hallar təkrar olunmayacaq”.  

  • Yazılıb
  • da (də) 2017 Jul 13
  • Göndərən مدير سايت Aran News