Tarix : 2017 Jul 13
Kod 52258

Yunusların məcburi gətirilməsi üçün daha bir ay vaxt verildi

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi Arif Yunusun məhkəməyə məcburi gətirilməsi üçün daha bir ay vaxt verilib.
Azadliq.org-Bakı Apellyasiya Məhkəməsində Yunusların işinə baxan hakim Mirpaşa Hüseynov bu haqda məlumat verib.
Yunuslar haqqında məcburi gətirilmə qərarı mayın 17-də çıxarılıb və icrası Yasamal Rayon Polis İdarəsinə həvalə olunub. Amma üstündən iki ay keçsə də, polis idarəsindən məhkəməyə bu məsələ ilə əlaqədar heç bir cavab gəlməyib.
Yunusların vəkili Elçin Sadıqov məhkəmədən məcburi gətirilmə qərarının surətini istəyib. Hakim bildirib ki, bundan ötrü vəkil Bakı Apellyasiya Məhkəməsinin rəhbərliyinə rəsmi məktubla müraciət etməlidir.
Yunusların məcburi gətirilməsi ilə bağlı polis idarəsindən cavab almaq məqsədilə məhkəmə avqustun 9-na qədər təxirə salınıb.
Leyla və Arif Yunuslar 2014-cü ilin iyununda həbs olunublar. 2015-ci ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. Həmin ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişib, Yunuslar şərti cəza ilə həbsdən buraxılıb. Sağlıq problemləri olan Yunusların müalicə məqsədi ilə xaricə getməsinə icazə verilib. Sonradan Ali Məhkəmə apellyasiya instansiyasının bu qərarını ləğv edib və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

  • Yazılıb
  • da (də) 2017 Jul 13
  • Göndərən مدير سايت Aran News