Tarix : 2017 Jul 15
Kod 52260

"Sabitliyin qorunmasında əsas iş din xadimlərinin üzərinə düşür" - Səyyad Aran

Balakən rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda tədbir keçirilib.
Islamazeri.az-Komitənin mətbuat xidmətindən verilən məlumata görə, DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ölkəmizdə dini sabitliyin qorunub saxlanılması və dini maarifləndirmə sahəsində görülməsi zəruri olan məsələlərə də toxunub. Sədr müavini bu işlərdə din xadimlərinin üzərinə düşən vəzifəni xüsusi vurğulayıb. O bildirib ki, islam dininin sağlam təməlləri əsas götürülərsə, bir çox problemli məsələlər asanlıqla öz həllini tapa bilər.
Tədbirdə qeyd olunub ki, cəmiyyətimizdə həm dini, həm də bəşəri dəyərlərə eyni ölçüdə əhəmiyyət verilir. Eyni zamanda Azərbaycanda bütün dinlərin nümayəndələrinə qarşı yüksək hörmət göstərildiyi və dövlət tərəfindən müsəlmanlarla yanaşı, xristian və yəhudi icmaları üçün də dini ibadətgahların tikildiyi diqqətə çatdırılıb.
Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Balakən rayon qazısı İbrahim İbrahimov deyib ki, Azərbaycanda dini etiqad sahibinin ibadətini yerinə yetirməsi üçün əlverişli şərait var: "Hər bir ölkə vətəndaşı dini və milli dəyərlərimizi qorumalı və bizim birgə yaşamağımıza, həmrəyliyimizə mane olan, bizi bir-birimizdən uzaqlaşdıran radikal dini düşüncəyə qarşı ayıq-sayıq olmalıdır.”


  • Yazılıb
  • da (də) 2017 Jul 15
  • Göndərən مدير سايت Aran News