Nur-az.com:Dövlət qurumları bu ittihamları araşdıracaqmı?Məsələn, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi olmuş Akif Çovdarov iyulun 12-də – Metropolitenin keçmiş rəisi Tağı Əhmədovu ittiham edib. Deyib ki, onun o rəhbərlik etdiyi metropolitendən külli miqdarda dövlət vəsaitini mənimsəyib və Bakıda çoxlu sayda mülki, Dubayda elit yaşayış kompleksində yerləşən otelin 3 mərtəbəsi, böyük bir ticarət mərkəzinə sahib olub.
“Dövlət rəhbərliyi metropolitenin fəaliyyəti ilə bağlı ətraflı araşdırma aparılmasını tapşırmışdı. Biz də apardıq. Məlum oldu ki, metrostansiyalarında aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib. Onun pulu Tağı Əhmədovun cibinə gedib. Hər 4 jetondan birini əldə etməklə, aya 300 min manat pul mənimsəyib”.
Tağı Əhmədov iyulun 13-də səslənən iddiaları rədd edib, deyib ki, Akif Çovdarov yalan danışır.
Hüquqşünas Ələsgər Məmmədli deyir ki, kimin haqlı olduğunu müəyyənləşdirmək indi dövlət qurumlarının üzərinə düşür. Onun sözlərinə görə, mənbəyindən asılı olmayaraq, əgər mediada hansısa korrupsiya məlumatı səsləndiribsə və bu, ictimai əhəmiyyət daşıyırsa, Cinayət Prossesual Məcəlləsinə görə, prokurorluq və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu faktı araşdırmalıdırlar.
“Dövlət rəhbərliyi metropolitenin fəaliyyəti ilə bağlı ətraflı araşdırma aparılmasını tapşırmışdı. Biz də apardıq. Məlum oldu ki, metrostansiyalarında aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib. Onun pulu Tağı Əhmədovun cibinə gedib. Hər 4 jetondan birini əldə etməklə, aya 300 min manat pul mənimsəyib”.
İyulun 12-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin korrupsiyada ittiham olunan keçmiş əməkdaşlarının işində keçmiş nazir Əli Abbasovun adı hallanıb.
“Azərpoçt”un həbsdə olan sabiq baş direktoru Qəmbər Bəybalayev deyib ki, o da daxil, ittiham oturanların hamısı günahsızdır və hər kəs icraçı olub.
“Mən keçmiş nazir Əli Abbasovun yerinə olsaydım, bu adamların həbs olunmasına imkan verməzdim”, – deyə Qəmbər Bəybalayev bildirib.
Vəkil Aslan İsmayılov deyir ki, demokratik cəmiyyətlərdə bu cür işlər baş verə bilməzdi:
“Axı Akif Çovdarov faktlar göstərir ki, milyonlar necə mənimsənilib: 4 jetondan biri qeydiyyata salınmayıb, köhnə vaqonlar təzə vaqonlar kimi rəsmiləşdirib. Normal ölkədə bu baş verə bilməzdi. Və ya MTN işində generallar deyir ki, biz nazirin göstərişi ilə işləmişik, amma nazir azadlıqda gəzir”.
Beynəlxalq Şəffaflıq Təşkilatının 2016-cı ilə dair hesabatına görə, Azərbaycanın korrupsiya qavrama indeksi 176 ölkə arasında 123-cü yerdədir.
Biz Bakı sakinlərindən soruşmuşuq ki, Azərbaycanda korrupsiya ilə mübarizə nə qədər yaxşı aparılır:
Vəkil Aslan İsmayılov deyir ki, neft gəlirləri azaldıqca, o bu cür məhkəmələrinin sayının artacağını, məmurların daha çox bir-biri haqqında ittihamlar səsləndirəcəyini gözləyir.