Tarix : 2017 Jul 15
Kod 52266

Türkiyədə təhlükəsizlik qüvvələrinə hücum edilib - ölən var

Türkiyədə PKK terrorçuları təhlükəsizlik qüvvələrinə hücum edib.
Reportun məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib. Xəbərdə bildirilir ki, hadisə Hakkari vilayətinin Şəmdinli rayonunda qeydə alınıb. Belə ki, terrorçuların təhlükəsizlik qüvvələrinə hücumu zamanı bir nəfər həlak olub.
Hücum zamanı eyni zamanda daha iki təhlükəsizlik qoruyucusu da yaralanıb. Yaralılar Yüksəkova Dövlət Xəstıxanasına yerləşdirilib.


  • Yazılıb
  • da (də) 2017 Jul 15
  • Göndərən مدير سايت Aran News