Tarix : 2017 Jul 16
Kod 52278

AP üzvləri Gürcüstan prezidenti ilə Əfqan Muxtarlının məsələsini müzakirə ediblər

Avropa Parlamentinin üzvləri Gürcüstan prezidenti Giorgi Margvelashvili ilə görüşdə həbsdəki jurnalist Əfqan Muxtarlının məsələsini müzakirə ediblər. Onlar rəsmi Tbilisidən bu məsələyə aydınlıq gətirməsini gözlədiklərini bildiriblər.
Azadliq.org-Bu barədə görüşdə iştirak edən Avropa Parlamentinin deputatları Ana Gomez və Rebecca Harmes-in açıqlamasında deyilir.
“Əfqan Muxtarlının qaçırılması məsələsinə gəldikdə, Avropa Parlamenti qətnamə qəbul edərək, olanlarla bağlı mövqeinibildiridi . Gürcüstan hökumətindən bir başqa ölkə vətəndaşının burdan qaçırılması məsələsinə, eləcə də Gürcüstanın təhlükəsizlik qüvvələrinin bu olaya qarışıb-qarışmamasına aydınlıq gətirməsini gözləyirik”, - Ana Gomez bildirib.
XATIRLATMA
Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.
Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.
Ona AR Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələriylə ittiham irəli sürülüb.
Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.


  • Yazılıb
  • da (də) 2017 Jul 16
  • Göndərən مدير سايت Aran News