Tarix : 2017 Jul 16
Kod 52282

Qum şəhərində Şəhid Vaqif Abdullayev və Qarabağ şəhidlərinin anım tədbiri keçirildi - Fotolar

15 iyul 2017-ci il tarixində Müqəddəs Qum şəhərində Nur Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə azərbaycansevərlər bir araya gəlib
Azərbaycan Respublikasının İslam və hicab yolunda, Qarabağ uğrunda şəhadətə çatmış qəhrəman insanları yada salınıb, İslamçı məhbuslarla həmrəylik bəyantı səslənib. 
Tədbir İmamzadə Şah Seyid Əli məqbərə kompleksinin iclas salonunda keçirilib. Mərasimdə Ayətullah Ramazani çıxış edib. Tanınmış din alimi dünyada və Azərbaycandakı ictimai-siyasi durumdan danışıb, Hicab Şəhidi kimi tanınan Vaqif Abdullayevi yada salıb, Qarabağ şəhidlərinə Allahdan rəhmət diləyib. Natiq xarici qüvvələrin, Azərbaycan xalqının bədxahlarının təzyiqi ilə Azərbaycan Respublikasında dini cameəyə qarşı basqıları pisləyib, müsəlman bir xalqın xoşbəxtliyinin dini dəyərlərə bağlılıqla şərtləndiyini vurğulayıb. 
Tədbirdə Əhli-beyt məddahı Şalbafan da iştirak edib. Cənab Şalbafan öz çıxışı ilə şəhid və məhbus ailələri ilə həmdərdlik fəzası yaradıb. 
Tədbirə yüzlərlə azərbaycansevər toplanıb. Məclisin qonaqları arasında Almaniyadan hacı Səfər Ulus da iştirak edib. Qonaqlar da Azərbaycan müsəlmanları ilə həmdərd olduqlarını ifadə edib. 
Mərasim cəmiyyət namazı ilə davam edib, namazdan sonra ehsan süfrəsi açılıb. 
Qeyd edək ki, İslam Partiyasının saxta ittihamlarla 11 il azadlıqdan məhrum edilmiş sədr müavini hacı Vaqif Abdullayev 12 iyul 2012-ci ildə həbsxanada şəhadətə çatıb.
Qarabağ müharibəsində 1991-1994-cü illərdə döyüş əməliyyatlarında 11557 Azərbaycan hərbçisi şəhid olub və itkilər bu gün də davam edir. 
Azərbaycanda Siyasi məhbusların vahid siyahısında 147 məhbusdan 97 nəfəri inanclıdır. Bu siyahı tərtib ediləndən sonra da həbs edilən dindarlar var.













  • Yazılıb
  • da (də) 2017 Jul 16
  • Göndərən مدير سايت Aran News