İslamazeri.com xəbər verir ki, onlar əvvəlcə şəhidin məzarını ziyarət edib. Ardınca Emin Bağırovun evinə baş çəkən gənclər ailəsi ilə görüşüblər.
Şəhid haqqında söhbət zamanı atası İmran Bağırov oğlunun şücaətindən, döyüşdən öncəki ruhiyyəsindən danışıb.
İmran kişi evlərində İmam Hüseyn (ə) məclislərinin keçirilidiyini bildirib: "Bu evdə 2004-cü ildən İmam Hüseyn (ə) məclisləri keçirilir, ehsan verilir. Emin də bu məclislərin təşkilində təkid edirdi. Namaz qılırdı".
Atası İmaran Bağırov qeyd edib ki, şəhid olmaq oğlunun arzusu olub: "Şəhid olmaq arzusu idi. Şəhid olmamışdan öncə mayor soruşub ki, müddətin bitib evə - valideynlərinin yanına getmək istəyirsən, yoxsa qalıb Vətən üçün döyüşmək? Emin də deyib ki, Vətən elə ata-anadır, qalıb döyüşəcəm."
Gənclər aprel döyüşlərində qəhrəmanlıq göstərərək canından keçən şəhidimizə Allahdan rəhmət diləyib və ruhuna dualar oxuyub.
Xatırladaq ki, Emin Bağırov 2016-ci ilin aprel ayında cəbhədə ordumuzla Ermənistan silahlı bölmələri arasında 4 gün davam edən döyüşlər zamanı həlak olub.