Azərbaycan prezidenti İlham Əliyev iyulun 16-da Latviya Respublikasına səfər edib.
AZƏRTAC-ın xəbərinə görə, Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Prezident İlham Əliyevi Latviya prezidenti ofisinin rəhbəri Arnis Salnajs və digər rəsmi şəxslər qarşılayıblar.
Bu səfər çərçivəsində paytaxt Riqa şəhərində Azərbaycan-Latviya biznes-forumu keçirilməlidir. Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin təşkil etdiyi bu tədbir iyulun 17-də gerçəkləşməlidir.
Səfər Latviya prezidenti Raymond Veyonisin dəvəti ilə keçirilir.