Tarix : 2017 Jul 17
Kod 52294

Qüds məsələsi ilə bağlı Bakıda keçiriləcək beynəlxalq konfransın proqramı açıqlanıb

Qüds məsələsi ilə bağlı iyulun 20-21-də Bakıda keçiriləcək beynəlxalq konfransın proqramı açıqlanıb.
İslamınSəsi bildirir "Report" BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitənin saytına istinadən xəbər verir ki, tədbirə Azərbaycanın hökumət nümayəndələri, BMT baş katibinin xüsusi elçisi, İslam Əməkdaşlıq Təşkilatının və Fələstin dövlətinin rəsmiləri qatılacaqlar.  
Onlar konfransda nitq söyləyəcəklər. 
Bakıya gələcək Fələstin nümayəndə heyətinə bu ölkənin BMT-dəki səfiri Riyad Mənsur başçılıq edəcək.
Konfrans çərçivəsində "Şərqi Qüdsdə işğal altındakı həyat", "Şərqi Qüdsə yeni yanaşma", "Şərqi Qüdsə beynəlxalq və regional dəstək" mövzularında panel müzakirələri keçiriləcək.



  • Yazılıb
  • da (də) 2017 Jul 17
  • Göndərən مدير سايت Aran News