Tarix : 2017 Jul 18
Kod 52300

Bakıda ət və tərəvəz bahalaşdı- SƏBƏB TARİF ŞURASIDIR

Tarif Şurasının benzinin qiymətini artırması barədə qərarının ardınca əhalinin gündəlik tələbat məhsullarının qiymətində bahalaşma yaranıb.
Gununsesi-nin əməkdaşının Bakı bazarlarında apardığı müşahidələr zamanı ərzaq və tərəvəz məhsullarının, habelə ətin qiymətində artım olduğu üzə çıxıb. Kartof, soğan, pomidor və digər məhsullar 20-30 qəpik arasında ət məhsulları isə 1 manat bahalaşıb.
0.60 manata satılan pomidor, kartof hazırda 0.90, 11 manata satılan quzu ətinin bil kilosu isə 12 manata olub.
Satıcılar bunu rayonlardan Bakıya gələn nəqliyyatın qiymətləri artırması ilə əsaslandırıb.

  • Yazılıb
  • da (də) 2017 Jul 18
  • Göndərən مدير سايت Aran News