Tarix : 2017 Jul 18
Kod 52301

İstanbulda sionist rejimin konsulluğu qarşısında etiraz aksiyası keçirilib -FOTO

İstanbulda yerli vaxtla saat 22:00-da sionist rejimin İstanbuldakı konsulluğu qarşısında etiraz aksiyası keçirilib.
Maide.Az  xəbər verir ki, etiraz aksiyası  cümə günü (14 iyul 2017-ci il tarixində) sionist Israil əsgərləri tərəfindən Qüdsdə 3 fələstinli gəncin şəhid edilməsi və müqəddəs Əl-Əqsa məscidinin müsəlmanların üzünə bağlanması münasibətilə müxtəlif nüfuzlu gənclər təşkilatı o cümlədən Hüda-Par və Fateh Akıncılar  dərnəyi tərəfindən  təşkil olunub. 
 
Etiraz aksiyası iştirakçıları sionist İsrail rejim  konsulluğu qarşısında camaat namazı və şəhid olmuş üç fələstinli gəncin xatirəsinə  hədiyyə namazı qılınıb. Daha sonra etiraz aksiya təşkilatçıları çıxış edib sionist rejimin fələstin xalqına qarşı zülmlər pislənilib.
 
Etirazçılar  əllərində üzərində “Qüdsün azadlığı ümmətin vəhdətindən keçir”, “Lənətli İsrail Qüdsümə toxunma” plakartlar  və fələstin bayraqları daşıyıb. 
 
Etirazçılar “Həmasa salam, müqavimətə salam”,  “Məhv olsun İsrail”,  “İstanbuldan Qüdsə, şəhidlərə  1000 salam” şüarları səsləndirib. 
 
Etiraz  aksiyasının sonunda Hüda Par və Fatih Akıncıları Dərnəyi mətbuat üçün birgə bəyanat qəbul edib. 
 
Qeyd edək ki, iyulun 15-də 3 fələstinli gəncin şəhadəti və müqəddəs məscidin bağlanmasından sonra Türkiyənin ən nüfuzlu və dinamik gənclər təşkilatı Anadolu Gənclik Dərnəyi (AGD) paytaxt Ankarada və İstanbulda etiraz aksiyaları keçirtmişdir. 
  
Aksiya zamanı etirazçılar sionist rejimi legitimliyini tanımadıqlarını, daim Fələstin müqavimətinin yanında olacaqlarını, Qəzza və Qüdsün sionist işğalından azad ediləcək günün yaxında olduğunu vurğulayıb. 
 
 
 
 
 
 
 
 
 
 

  • Yazılıb
  • da (də) 2017 Jul 18
  • Göndərən مدير سايت Aran News