Tarix : 2017 Jul 19
Kod 52312

Azərbaycan və İran birgə tədqiqatlar aparacaqlar

Azərbaycanın seysmoloji sahədə inkişaf əldə etdiyini deyən qonaq İran seysmoloqlarının RSXM-lə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.
Islamazeri.az-İranın Məşhəd şəhərindəki Firdovsi Universitetinin Zəlzələ Araşdırma Mərkəzinin rəhbəri Səyyad Keyvan Hüseyni AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.
Mərkəzdən İslamazeri.com-a bildirilib ki, Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə keçirilən görüşdə tərəflər arasında birgə seysmoloji tədqiqatların aparılması və qarşılıqlı təcrübə mübadiləsi müzakirə olunub.
Azərbaycanın seysmoloji sahədə inkişaf əldə etdiyini deyən qonaq İran seysmoloqlarının RSXM-lə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.
Görüşün sonunda birgə elmi tədqiqatların aparılmasına dair protokolun imzalanması ilə bağlı razılıq əldə olunub.




  • Yazılıb
  • da (də) 2017 Jul 19
  • Göndərən مدير سايت Aran News