“İnsanlar problemləri ilə bağlı məmurlara müraciət edə bilmir”
Nur-az.com:“Onların heç katibələrinin qəbuluna düşmək olmur, o ki qaldı özlərinin”Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev moderator-a açıqlamasında ölkə məmurları ilə bağlı maraqlı fikirlər səsləndirib. Partiya sədri məmurların xalq üçün əlçatmaz olduğunu, insanların öz problemləri ilə bağlı məmurlara müraciət etmk imkanının olmadığını bildirib:
“Bu gün məmurlar xalq üçün, ölkə vətəndaşları üçün tamamilə əlçatmazdılar. İnsanlar öz probemləri ilə bağlı onlara müraciət edə bilmirlər. Bu gün məmurların heç katibələrinin qəbuluna düşmək olmur, o ki qaldı özlərinin. Bu səbəbdən də insanlar öz dərdlərini, sərlərini məmurlara deyə bilmir, öz problemlərinin həllinə nail ola bilmirlər.
Hesab edirəm ki, bu problem aradan qalxmalı, məmurlar xalqa, onun problemlərinə biganə qalmamalıdır. Onlar xalqa xidmət etmək üçün vəzifəyə qoyulub. Ona görə vəzifəyə gətirilməyiblər ki, özlərinə milyonlarla pul yığsınlar, xalqı isə öz probemləri ilə baş-başa qoysunlar”.